Prokurorluq biri azyaşlı olmaqla iki nəfəri vəkilə qarşı hədə-qorxu və zorakılıqda ittiham edib
Gürcüstan Prokurorluğu işə məhkəmədə baxılması ilə bağlı vəkilə qarşı hədə-qorxu və zorakılığa görə biri azyaşlı olmaqla iki şəxsə qarşı ittiham irəli sürüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı müəyyən edilib ki, dekabrın 7-də Tbilisi Şəhər Məhkəməsində prosesdən sonra iki nəfər təqsirləndirilən şəxsin vəkilinə fiziki təzyiq göstərib, o cümlədən azyaşlı
şəxs vəkili öldürməklə hədələyib.

Bir şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 365-ci maddəsinin 3-cü hissəsi (müdafiənin həyata keçirilməsi və işə məhkəmədə baxılması ilə bağlı zorakılıq), azyaşlıya isə Cinayət Məcəlləsinin 365-ci maddəsinin 2 və 3-cü hissələri ilə ittiham irəli sürülüb.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs-qətimkan tədbirinin uzadılması xahişi ilə qanunla müəyyən edilmiş müddət ərzində Tbilisi Şəhər Məhkəməsinə müraciət edəcək. Cinayəti törətmiş digər şəxslərin müəyyən edilməsi istiqamətində Daxili İşlər Nazirliyində başlanmış cinayət işinin istintaqı davam etdirilir”,
- məlumatda deyilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google