ABŞ və Gürcüstan cinayətkarların ekstradisiyası haqqında müqavilə
imzalayıb.
Bu barədə Gürcüstan Baş Prokurorluğunun saytında bildirilir.
Departamentin məlumatına görə, sənədi Gürcüstan tərəfdən Ədliyyə
Nazirliyinin rəhbəri Rati Breqadze və baş prokuror İrakli Şotadze,
Amerika tərəfdən isə ABŞ baş prokurorunun müavini və beynəlxalq
əlaqələr üzrə katib Brüs Şvarts imzalayıb.
“Bu, Gürcüstan tarixində mühüm məqamdır. Gürcüstan və ABŞ arasında
son 30 illik səmərəli əməkdaşlıq bizim davamlı dostluğumuza
sübutdur və bu tarixi razılaşma həmin tərəfdaşlığın kulminasiya
nöqtəsidir”, - deyə prokuror Şotadze bildirib.
Yanvar ayından ABŞ və Gürcüstan arasında ekstradisiya müqaviləsinin
bağlanması ilə bağlı danışıqlar davam edir. Gürcüstan
prokurorluğunun məlumatına görə, saziş cinayətkarlıqla mübarizənin
effektivliyini artıracaq.