Gürcüstanda yaşayan əcnəbilər Azərbaycan xalçaları toxumağı
öyrəniblər.
Bu barədə Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyət
Muzeyinin direktor müavini Leyla Əliyeva bildirib.
O, qeyd edib ki, Mədəniyyət Muzeyində əl ilə toxunan milli
xalçalarımızın yekunu ilə bağlı sərgi təşkil edilib. Layihə
Gürcüstanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə ərsəyə gəlib.
L.Əliyevanın sözlərinə görə, bir aylıq müddətdə Gürcüstanda yaşayan
əcnəbilər Azərbaycan xalçaları toxumağı öyrəniblər:
"Xüsusilə Qarabağ və Borçalı xalçalarımızın
ornamentləri toxunub. Onların da əl işləri bu gün Azərbaycan
Mədəniyyət Muzeyində sərgilənib. Muzeydə milli mədəniyyətimiz,
musiqimiz yüksək səviyyədə təbliğ edilir".