Vladimir Putin - Rusiya “xüsusi əməliyyatın” məqsədlərindən əl çəkmək fikrində deyil
Qərb Ukraynadakı aqressiv məqsədlərindən əl çəkmir, lakin də biz xüsusi hərbi əməliyyatla bağlı məqsədlərimizdən vaz keçmək fikrində deyilik, - Rusiya prezidenti Vladimir Putin Müdafiə Nazirliyinin geniş iclasında deyib.

"Qərb Rusiyanın çəkindirmə strategiyasından və Ukraynadakı aqressiv məqsədlərindən əl çəkmir, lakin biz də xüsusi hərbi əməliyyatın məqsədlərindən əl çəkməyəcəyik", - Putin bildirib.

Onun sözlərinə görə, “xüsusi əməliyyat” zamanı bir sıra problemlər aşkarlanıb, o cümlədən rabitə sisteminin bərpası və müasir kəşfiyyat texnologiyalarından daha səmərəli istifadə edilməsi zərurəti var.

“Xüsusi əməliyyat problemləri üzə çıxardı, ona görə də rabitə sisteminin ciddi şəkildə yenidən qurulmasına, müasir kəşfiyyat vasitələrindən daha səmərəli istifadəyə, süni peyklərimizin təkcə xüsusi əməliyyat zonasında deyil, qlobal miqyasda imkanlarının artırılmasına ehtiyac var”, -
Putin bildirib.


Print ელ. ფოსტა
FaceBook Twitter Google