“Plastiklə çirkləndirməni dayandır”, – Marneulili gənclər üçün poster müsabiqəsi
“Yaşıl Düşüncə” Ətraf Mühitin Mühafizəsi Qrupu “3R Marneuli: Think Green” layihəsi çərçivəsində qrafik posterlər müsabiqəsi elan edib. Müsabiqə Marneulidə yaşayan gənclər üçün elan olunub və “Plastiklə çirkəndirməni dayandır” adlanır.

Qrafik posterlər müsabiqəsinin əsas məqsədi ictimaiyyətdə plastik materialların mənfi təsirləri, bu maddədən istifadənin azaldılması yolları və ümumiyyətlə, plastiklə çirkləndirmə problemləri haqqında ictimaiyyətin məlumatlandırılmasıdır.

“Müsabiqədə Marneuli bələdiyyəsində yaşayan
15-25 yaş arası istənilən gənc iştirak edə bilər. Müsabiqənin iştirakçısı maksimum 5 iş təqdim edə bilər. Müsabiqədə iştirak etmək üçün poster aşağıdakı meyarlara cavab verməlidir: ətraf mühitin plastiklə çirklənməsi ilə bağlı problemlər və onun azaldılması yolları əks etdirilməlidir; müəllifin orijinal əsəri olmalıdır; müəllifin yaradıcı yanaşması görünməlidir. Müsabiqənin məqsədi vizual olaraq valeh edəcək və izləyicini ekoloji istiqamətdə addımların atılmasının zəruriliyi barədə düşünməyə vadar edəcək mesaj yaratmaqdır”,
– təşəbbüs qrupunun paylaşdığı materialda yazılıb.

Müsabiqə nəticəsində 3 qalib seçiləcək:
  • I yer - 100 lari dəyərində Biblus vauçeri
  • II yer - 100 lari dəyərində Biblus vauçeri
  • III yer - 100 lari dəyərində Biblus vauçeri
Müsabiqədə iştirak etmək istəyənlər hazırladıqları posterləri 16 fevral tarixinə qədər elektron qaydada, PDF formatında This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it mail ünvanına göndərməlidirlər.

Göndərərkən, “Subject” bölməsinə “Poster müsabiqəsi”, məktubda isə müəllifin adı, soyadı və əlaqə məlumatları göstərilməlidir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google