Yüksək maraq və korrupsiya riskinə görə Zaur Darğallı və Savalan Mirzəyevin əmlak bəyannaməsi yoxlanılacaq
Parlamentin deputatları Zaur Darğallı və Savalan Mirzəyevin əmlak bəyyannaməsi yoxlanılacaq.

“Şəffaflıq Gürcüstan” tərəfindən yayımlanmış məlumata görə, 2024-cü ildə əlavə 300 nəfər vəzifəli şəxsin əmlak bəyannaməsi yoxlanılacaq. Siyahıda Parlamentin Kvemo Kartlidən olan deputatları da var. Yoxlanılacaq bəyannamələri Dövlət Xidməti Bürosu çərçivəsində xüsusi müstəqil komissiya seçib.

“Zaur Darğallı – yüksək ictimai maraq və korrupsiya riski

Savalan Mirzəyev – yüksək ictimai maraq və korrupsiya riski”,
— komissiyanın protokolunda yazılıb.

Vəzifəli şəxslərin yayımladığı əmlak, maliyyə və əlaqələr bəyannaməsi sistemi korrupsiyanın qarşısının alınması və aşkarlanmasının təməl mexanizmlərindən biridir.

Yoxlanılacaq bəyannamələr ilə tanış ola biləcəyiniz siyahını sizə təqdim edirik: LİNKƏ DAXİL OLUN


Print ელ. ფოსტა
FaceBook Twitter Google