Tseretelidə və Xocornidə inzibati binaların təmirinə 514 915 lari xərclənəcək
Marneuli bələdiyyəsinin Tsereteli və Xocorni kənd inzibati vahidlik binalarının bərpası nəzərdə tutulur. Marneuli yerli özünüidarəsi iki kənddə inzibati binaların bərpası üçün 26 yanvar tarixində tender elan edib.

Binaların bərpası layihələrinə görə, inzibati vahidlik binalarının hər iki mərtəbəsinin bərpası planlaşdırılır.

“Şuranın inzibatı binasının bərpası layihəsi çərçivəsində planlaşdırılır: fasadların yenilənməsi, suvaq-boyaq, sıradan çıxmış mövcud məhəccərlərin sökülməsi və yenisinin quraşdırılması, birinci mərtəbədə eyvanın, foyenin sökülməsi, keramika qranit plitələrin döşənməsi, zalda divarların suvanması, rənglənməsi, amstronq tipli asma tavanın quraşdırılması.

İkinci mərtəbədə taxta pəncərələrin sökülməsi, metal-plastik pəncərələrlə əvəz edilməsi, ikinci mərtəbədə foyedə və eyvanda kafel-metlaxların sökülməsi və keramik qranit plitələrin döşənməsi, zalda amstrong tipli tavanın quraşdırılması, kabinetdəki laminatın sökülməsi, yüksək keyfiyyətli laminatın döşənməsi, şkaf və foyedə divarların işlənməsi, suvanması, boyanması nəzərdə tutulub”.


Qeyd olunan işlər hər iki inzibati binalarda həyata keçiriləcək. Xocorni inzibati binasında isə əlavə olaraq dam örtüyü, joloblar yenilənəcək.

Marneuli meriyası Tsereteli və Xocorni inzibati vahidliyi binalarının bərpası işləri üçün 514 915 lari xərcləyəcək.

Tenderdə iştirak etmək istəyən şirkətlər 14 fevraldan 19 fevrala qədər öz təkliflərini təqdim edə bilərlər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google