Marneuli meriyası 50 000-dən artıq dəyəri olan tikintilərə nəzarət üçün tender elan edib
Marneuli meriyası 2024-2025-ci illər ərzində Marneuli bələdiyyəsində həyata keçiriləcək 50 000 laridən artıq dəyəri olan infrastruktur obyektlərinin tikinti işlərinə nəzarət edəcək şirkət axtarır. Özünüidarə bunun üçün 1 800 000 lari dəyərində tender elan edib.

Qalib şirkət eləcə də 2024-2025-ci ildə başlanmış çoxillik tikinti işlərinə işlər başa çatana qədər nəzarət etməlidir. Tender sənədlərinə görə, aşağıdakı işlərə nəzarət olunmalıdır: yollar, su təchizatı, körpülər, bina tikintiləri/bərpalar, parklar, sahil bərkitmə işləri, idman meydançaları, mini stadionlar, kanalizasiya sistemləri, küçə işıqları, hasarlama işləri.

“Nəzarət şirkəti hər konkret obyektdə həyata keçirilməli olan işlərə texniki nəzarət etməlidir. Nəzarət Gürcüstanda qüvvədə olan normativ sənədlərin, eləcə də texniki tapşırıq və müqavilələrin şərtlərinə uyğun həyata keçirilməlidir. Nəzarət şirkəti xidməti səlahiyyətləri konkret işlərin nəzarətinə uyğun olan sahə mütəxəssisləri ilə təmin etməlidir. Qeyd olunan xidmətlə əlaqədar Gürcüstanda qüvvədə olan norma və şərtlər qorunmalıdır. Hər bir konkret layihəyə başlamazdan əvvəl təchizatçı alıcı ilə müvafiq ixtisas və konkret layihəyə rəhbərlik edəcək mütəxəssislərin sayı barədə razılaşmanı təmin etməlidir”.

Meriya tərəfindən elan edilmiş 1 800 000 lari dəyərində tenderdə iştirak etmək istəyən namizədlər 6-11 mart tarixində təkliflərini təqdim edə bilərlər. Vəsait tamamilə yerli büdcədən maliyyələşdirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google