Həmrəylik Platforması Tea Axvledianinin gürcü dilinin öyrənilməsi ilə bağlı çıxışına münasibət bildirib
Həmrəylik Platforması Barışıq və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət naziri Tea Axvledianinin gürcü dilinin öyrənilməsi ilə bağlı çıxışına münasibət bildirib. Onlar Dövlət Naziri Aparatını təhsil və dil siyasəti məsələləri ilə bağlı öz mövqelərini etnik azlıqların həqiqi ehtiyacları ilə əsaslandırmağa çağırıb.

“2024-cü ilin 5 fevral tarixində Baş nazir vəzifəsinə yeni namizəd və onun hökumət komandasının təsdiq edilməsi prosesində Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövlət nazirinin səlahiyyətlərini icra edən Tea Axvlediani Gürcüstan Parlamentində çıxış edib. Tea Axvlediani çıxışın əsas hissəsini 2021-2030-cu illərin vətəndaş bərabərliyi və inteqrasiya üzrə dövlət strategiyası, onun fəaliyyət planının icra edilməsinin təsvirinə həsr edib. Nazir yalnız hökumətin nailiyyətlərindən danışırdı və azlıqların həqiqi ehtiyaclarına, problemlərin tənqidi müzakirəsinə, həlli yollarının axtarılmasına diqqət az idi. Gürcüstan Parlamentinin üzvü Tariel Nakaidzenin Gürcüstan vətəndaşları üçün verdiyi suala 1+4 proqramı çərçivəsində tələbələrə gürcü dilinin pulsuz öyrədilməsi imkanları və onun genişləndirilməsinin mühümlüyü ilə bağlı sualına Tea Axvlediani səthi, manipulyasiya xarakterli cavab verib. Dövlət nazirinin sözlərinə görə, “1+4 proqramı, həmçinin, bizim ermənidilli və azərbaycandilli həmvətənlərimizə ali təhsil müəssisələrində təhsil almaq məqsədilə birillik pulsuz gürcü dili proqramına qəbul olmaq şəraiti yaradır. Xüsusilə, Gürcüstandakı etnik azlıqların dövlət dilini öyrənmək üçün təhsil haqqı ödəməli olduğunu söyləmək düzgün deyil. Bu yalandır”, – Platforma yazıb.

Həmrəylik Platformasının bildirdiyinə görə, 1+4 proqramı xüsusi təhsil proqramıdır. Bu proqram azlıq nümayəndəsi olan gənclərin əksəriyyətinə yeganə imkan yaradır ki, gürcü dilini öyrənsinlər və ali təhsil alsınlar. 1+4 proqramı ana dilində ümumi qabiliyyət imtahanı vermək yolu ilə ermənidilli və azərbaycandilli gənclərə gürcü dilində hazırlıq kursuna qəbul olmaq şəraiti yaradır. Hazırlıq kursunu uğurla başa vurduqdan sonra (B1 səviyyəsində imtahan verdikdən sonra) isə gənc ali təhsil müəssisəsinin bakalavr proqramına qəbul olur.

1+4 proqramı çərçivəsində hazırlıq pilləsində 100 etnik azərbaycanlı və 100 etnik erməni gənc hər il dövlət maliyyəsi qazanır. Ancaq yüzlərlə gənc (1000-dən artıq) bu dəstəkdən kənar qalır. Onların gürcü dilini öyrənməyə və ali təhsil almağa həqiqi maraqları var, amma hazırlıq pilləsində gürcü dilini öyrənmək üçün 2250 lari ödəməli olurlar.

Print ელ. ფოსტა
FaceBook Twitter Google