Kiçik və orta biznes üçün qrant müsabiqəsi – Marneuli, Bolnisi, Dmanisi
Beynəlxalq təşkilat “HEKS-EPER GEORGİA”, Avropa İttifaqının (EU) maliyyə dəstəyi ilə “Sosial, iqtisadi və siyasi həyatda bərabər və tam iştirak üçün vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində qrant müsabiqəsi elan edir. Müsabiqə kiçik və orta biznes üçün nəzərdə tutulub. Maliyyələşdiriləcək layihələr haqqında Marneulidə 6 fevral tarixində söhbət açılıb. Layihə meneceri Qiorqi Tvaliaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib ki, qrant müsabiqəsi çərçivəsində 20 qrant veriləcək.

“Qrant müsabiqəsində hədəf bələdiyyələrdə fəaliyyət göstərən hər hansı sahibkar iştirak edə bilər. Bu Dmanisi, Bolnisi və Marneulidir. Artıq mövcud olan biznes və ən az 6 ay təcrübənin olması mütləqdir. Əlbəttə, yerli biznes olmalıdır”, – Qiorqi Tvaliaşvili bildirib.

Maliyyə belə bölünəcək:
  • 10 qrant – 5700 lariyə qədər;
  • 8 qrant – 5701 laridən – 14300 lariyə qədər.
  • 2 qrant – 28600 laridən – 50 000 lariyə qədər.
Layihənin ətraflı təsvirinə buradan baxın: LİNKƏ DAXİL OLUN

Qaliblərə DCFTA ilə (Avropa İttifaqı ilə dərin və hərtərəfli sərbəst ticarət məkanı) əlaqədar yerli və ixrac bazarının imkanları haqqında məlumat almaq, ekspert məsləhətindən faydalanmaq imkanı verilib. İstədikləri halda Avropa bazarı üçün ixrac istiqamətində imkanlarla əlaqədar məsləhət ala bilərlər.

Marneulidə baş tutan görüşdə elan edilmiş qrant müsabiqəsindən başqa layihənin aralıq nəticələrindən də söhbət açıblar.

“Görüşün məqsədlərindən biri layihənin fəaliyyəti haqqında ictimaiyyətə məlumat verməkdir. Bunun üçün qeyri-hökumət təşkilatı, media və yerli hakimiyyət nümayəndələrini dəvət edəcəyik. Hamı layihənin başladığı gündən, demək olar 2 il ərzində nəyin həyata keçirildiyini öyrənə bilər. Biznes layihə çərçivəsində Kvemo Kartlidə ümumilikdə 11 layihə maliyyələşdirilib. Buradan 6 layihə Marneuli bələdiyyəsində həyata keçirilib. Çünki əvvəlki mərhələdə Kvemo Kartlidən passivlik idi, bizim layihə çərçivəsində əlavə mərhələ ona görə elan olundu ki, Kvemo Kartlidə daha çox biznes maliyyələşdirilsin. Əsas prioritet biznes qurmaq istəyən qadınlara, xüsusilə etnik azlıq nümayəndəsi olan qadınlara veriləcək”, – Qiorqi Tvaliaşvili bildirib.

Əvvəlki qrant müsabiqəsinin qaliblərindən biri Mülki Məşğulluq və Aktivizm Mərkəzidir. Təşkilat rəhbəri Rəşan Ziyadəliyevin sözlərinə görə, layihə çərçivəsində Bolnisi və Marneulidə aktivliklər həyata keçiriblər. Aktivliklərin məqsədi əhalinin ehtiyaclarını müəyyən etmək idi.

Qrant müsabiqəsi ilə əlaqədar görüşlər Kvemo Kartlinin hədəf bələdiyyələrində keçirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google