Marneuli bələdiyyəsinin yerli özünüidarəsi 2024-cü il ərzində
kanalizasiya sisteminin təmizlənməsi və xidmət göstərilməsi işləri
üçün tender elan edib.
Özünüidarə 2024-cü il ərzində kanalizasiya sistemlərinin
təmizlənməsi və xidmət işləri üçün 86 760 lari xərcləyəcək.
“Xidmət müqavilə bağlandıqdan 2024-cü ilin 31 dekabr
tarixinə qədər, mərhələli şəkildə, yazılı tapşırığa uyğun olaraq
göstərilməlidir. Təchizatçıya obyektin konkret ünvanı, yerinə
yetirəcəyi işlərin adı və ya akt, işlər üçün müəyyən edilmiş müddət
yazılı şəkildə veriləcək”, – meriyanın elan etdiyi
tenderdə qeyd olunub.
Yerli özünüidarə qeyd olunan tenderi ötən il də elan edib. 2023-cü
il ərzində kanalizasiya sistemlərinin təmizlənməsi və qulluq
göstərilməsi işləri üçün 50 847 lari dəyərində tender elan etmişdi.
Özünüidarə 2023-cü illə müqayisədə 2024-cü ildə eyni xidmət üçün
tenderin dəyərini 35 913 lari artırıb.
Tenderdə iştirak etmək istəyən şirkətlər 25 fevral tarixindən 1
marta qədər öz təkliflərini göndərə bilərlər.