2023-cü ildə 151 həkimə qarşı peşə məsuliyyəti işi açılıb.
Bu barədə Tibbi və Əczaçılıq Fəaliyyətinin Tənzimlənməsi
Agentliyinin hesabatında deyilir.
Bundan başqa, hesabatda qeyd olunduğu kimi, ötən il tibb
müəssisələrində xəstələrə göstərilən tibbi xidmətin keyfiyyətinin
öyrənilməsi məqsədilə qurum tərəfindən sahibkarın fəaliyyətinin
yoxlanılması ilə bağlı 433 iş üzrə məhkəmələrə müraciət edilib.
Onlardan 430 iş təmin edilib, 3 iş
(vətəndaşların müraciətləri
əsasında) baxılmamış qalıb.
“2023-cü il ərzində qurum tərəfindən müəyyən edilmiş pozuntular
əsasında 130 halda xəstələrə göstərilən tibbi xidmətin
keyfiyyətinin öyrənilməsi başa çatdırılıb, Peşəkar İnkişaf
Şurasında 68 işə baxılıb və nəticədə 151 həkimə qarşı peşə
məsuliyyəti işi açılıb”, - hesabatda deyilir.