İrakli Qaribaşvili “Gürcü arzusu” partiyasının sədri kimi ilk
mətbuat konfransını
keçirib və gələcək planlarından danışıb.
Qaribaşvilinin sözlərinə görə, o, mart ayından 100 gün ərzində 10
regiona səfər etməyi planlaşdırır.
“Mənim səfərdə on tədbirim olacaq. Mən partiyamızın nümayəndələri,
rayon təşkilatlarının nümayəndələri, aktivlərimiz, əhalinin
ehtiyacları ilə yerində tanış olmaq üçün onlarla
görüşəcəm”, - deyə İrakli Qaribaşvili bildirib.
Onun sözlərinə görə, görüşlərin əsas məqsədi seçkiqabağı
hazırlıqdır. Qaribaşvilinin sözlərinə görə, “Gürcü arzusu”nun
məqsədi 2024-cü ildə keçiriləcək parlament seçkilərində
konstitusiya çoxluğu əldə etməkdir ki, bunun üçün partiyanın
aktivlərinin maksimum səfərbər edilməsi zəruridir.