Marneulidə kim və niyə gürcü dilini özəl müəllimlərdən öyrənir?
Marexi Xmaladze 27 ildir Marneuli bələdiyyəsində insanlara gürcü dilini öyrənməyə kömək edir. Pedaqoqun yanına abituriyentlərlə yanaşı böyük adamlar da gedirlər. Dövlət dilini öyrənməyin əsas məqsədi işə başlamaq və ya gündəlik ünsiyyət qura bilməkdir. Marexi müəllim deyir ki, onun müşahidəsinə görə, gürcü dilini öyrənməkdə ən çox qeyri-gürcüdilli sektor şagirdləri çətinlik çəkirlər. Gürcü cəmiyyəti ilə daha az ünsiyyəti olanlar.

“Böyük adamlar da gəlir, iş üçün gürcü dili lazım olur, elementar olaraq ərizə yazmaq, iş sənədlərini doldurmaq üçün öyrənirlər. Əksər hallarda azərbaycan və rusdilli məktəb bitirənlər dil bilmirlər. Bukletlərim, qəzetlərim var və həmişə çalışıram elə yerlərini tapım ki, nədən sonra hansı sözün yazılacağını aydın şəkildə göstərə bilim. Bəzilərinə evdə maqnit lövhə də aldırmışam. Gürcü dilinin tədrisi ilə əlaqədar əyləncəli hekayələrimiz də var. Bir şagirdim var idi. Bazarda alver edirdi və mənə dedi ki, alıcılar gələndə gürcü dilində heç nə başa düşə bilmirəm, xahiş edirəm mənə hesab öyrət, nəyin qiymətinin neçə olduğunu soruşanda cavab verim. Öyrətdim və indi məncə, məndən yaxşı danışır”, - Marexi Xmaladze bildirir.

Pedaqoq düşünür ki, onun işlədiyi illərlə yanaşı gürcü dilinin öyrənilməsinə münasibət də dəyişir. O, bildirir ki, insanlar dövlət dilini bilmək üçün daha çox motivasiyalıdırlar.

“Deyim ki, ərinirlər və məcburi öyrənirlər – yox. Öyrənmək istəyirlər, ola bilsin yanlış danışırlar, amma yenə də gürcü dilində deyirlər, həqiqətən motivasiya görürəm, həvəslidirlər”.

Son illərdə etnik azlıq nümayəndələri müxtəlif dövlət və özəl sektorlarda işlə təmin olunurlar. Həmçinin, tibb müəssisələri, banklar və hüquq-mühafizə orqanlarında, ancaq gürcü dilini bilməmək onlara çox maneəçilik yaradır. Pedaqoq Lia Xaraişvilinin də dövlət dilinin tədrisi ilə əlaqədar uzunillik təcrübəsi var. O, çox sayda işləyən şəxslərə gürcü dili öyrənməkdə kömək edib.

“Əsasən “Sokarda” işləyən adamlar gəlirdilər və orada onlara gürcü dili lazım olur. Bir kütlə də polisdə işləyirdi və onlara da kömək etdim. Tibb müəssisələrindən tibb bacıları gəlirdi. Plan tərtib edə bilməyən məktəb müəllimlərinə də kömək etmişəm. Böyük çətinlik qarşısında qalmışdılar və kömək edirdim. Lap elementar, hərflərdən öyrənməyə başladıq. Bu gün uğurludurlar və öz işlərində yaxşı işləyirlər. Məsələn, 37 yaşlı xanım idi, Tbilisidə tibb müəssisəsində işləyirdi. Əsas motivasiya işləmək istiqamətindədir. Amma dil bilməyə də buradan irəli gələrək diqqət yetirirlər ki, özlərini tam hiss etmirlər. Neçə dəfə deyiblər ki, hansısa qurumda, yaxud ictimai nəqliyyata minəndə onlara başqa planetdən gəlmiş kimi baxırlar, özümüzü təhqir edilmiş kimi hiss edirik deyirlər, ona görə gürcü dilini öyrənmək istəyirdilər”, - Lia Xaraişvili bildirir.

Bu gün müxtəlif təhsil müəssisələri də gürcü dilini öyrənməyə dəstək olur. Şorena Kupatadze bir neçə ildir Marneuli Tibb Kollecində dövlət dilini tədris edir. Pedaqoq deyir ki, gürcü dilini öyrənməkdə 40 yaşdan yuxarı olan adamlara da kömək edib. Müəllimin sözlərinə görə, kolleclərdə gürcü dilinin tədrisi lap aşağı səviyyədən, əlifbadan başlayır.

“İndi də 49 yaşlı xanım gəlir və dil öyrənmək istəyir. 43 yaşlı, 42 yaşlı xanımlar var. Bu yaşda onlara ailə üzvləri motivasiya verir. Bir xanımı Bolnisidən qaynanası gətirmişdi, fermerdir və istəyir ki, gəlini gələcək peşə olaraq tibb bacısı ixtisasını seçsin. Düşünürdüm öyrənə bilməyəcək, özü də elə əhval-ruhiyyədə idi ki, bacara bilməyəcəkdi. Amma çox yaxşı öyrəndi və heç vaxt geri qalmır, gürcü dili dərslərinə həmişə gəlir. Hər şeyi sıfırdan öyrənməli oluruq. Elə səviyyə olub ki, hərfləri də bilmirlər. Sevinirəm ki, onlar gürcü dilini öyrənmək istəyirlər. Onlara dövlət də kömək edir və kollecdə təhsillərini maliyyələşdirir”, - Şorena Kupatadze bildirir.

Sosial Araşdırmalar və Analiz İnstitutu tərəfindən aparılmış 2022-ci ilin hesabatına görə, gürcü dili indeksini nəzərə almaqla etnik azlıqlar dil bilmə səviyyəsinə görə belə bölünürlər: Gürcü dilini ən pis Kvemo Kartlidə bilirlər (57%). Pankisidə əhalinin böyük əksəriyyəti gürcü dilini yaxşı bilir (90,6%). Samtsxe-Cavaxetidə gürcü dilini pis bilənlər ən böyük qrup təşkil edirlər (45,8%), Kaxetidə isə gürcü dilini müxtəlif səviyyədə bilən qruplar təxminən bərabər bölünüblər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google