“Kea Qafqaz” Marneulidə gender bərabərliyi istiqamətində layihəyə başlayır
Bu gün, 22 fevral tarixində “Kea Qafqaz” Marneuli Mülki Məşğulluq Mərkəzində qeyri-hökumət təşkilatı nümayəndələri və sahibkarlıq klubları ilə görüş keçirib.

Tədbir Avropa İttifaqı tərəfindən maliyyələşdirilmiş layihənin təqdimatına həsr olunub. Layihənin əsas məqsədi gender ədalətinin yaradılmasıdır. “Kea Qafqaz”-ın layihə meneceri Nino Karanadze bizimlə söhbət zamanı bildirir ki, yerli özünüidarənin gender bərabərliyi şurası ilə də görüş keçirilib və Marneulidəki problemləri müzakirə ediblər.

“Layihə gender bərabərliyinə dəstəyi və qadınlar üçün iqtisadi imkanların gücləndirilməsini nəzərdə tutur. Bu istiqamətdə bir neçə komponentlə işləyirik. Onlar arasında yerli qeyri-hökumət təşkilatlarına dəstək, daha yaxşı advokatlaşdırma apara bilmək üçün imkanların artırılması da yer alır. Eləcə də “Kea Qafqazın” maliyyə dəstəyi ilə yaradılmış yerli sahibkar klublarla işləyirik. Yerli media təşkilatlarla işləyirik, media məhsullar yaradırıq və bu gender bərabərliyinə həssaslığını, məlumatlandırmanı artırmağa kömək edəcək. Həmçinin, gənclərlər, müxtəlif təhsil müəssisələri ilə işləyirik”, – Nino Karanadze bildirir.

Layihə dörd təşkilatın “Kea Qafqaz”, “İnsan Hüquqları üçün Tərəfdaşlıq”, “Demokratiya Laboratoriyası” və “Marneuli” İcma Radiosu tərəfindən həyata keçirilir. “İnsan Hüquqları üçün Tərəfdaşlıq” təşkilatının rəhbəri Tamar Qabodze bildirir ki, layihənin məqsədi gender bərabərliyinin advokatlaşdırılmasına dəstək olmaq, qadın hüquqlarını gücləndirmək və qadınlara ictimai həyatda fəal iştirak etmək şəraiti yaratmaqdır.

“Əgər regionda görüşlərin olmursa, bələdiyyədə mövcud olan problemlər haqqında məlumatın yoxdursa heç bir layihə keyfiyyətli olmayacaq. Çünki layihənin məqsədi real ehtiyaclardan irəli gəlməlidir. Planlar da layihənin məqsədinə nail olmaq üçün nəzərdə tutulmalıdır. Yerli özünüidarələr, yerli qeyri-hökumət təşkilatları ilə görüşlər çox mühümdür ki, konkret regionda gender bərabərliyi baxımından hansı problemlər olduğuna aksent edilsin, buna uyğun olaraq layihə gücləndirilsin”,
– Tamar Qabodze bildirir.

Layihə uzunmüddtəlidir və 30 ay ərzində davam edəcək. Layihə 8 bələdiyyədə həyata keçirilir. Buradan 4 Kaxetidə, 4 isə Kvemo Kartlidədir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები