“Birinci daşı məndən daha məsum olan atsın” – yepiskop Qiorqi xütbəsi zamanı müxalifəti və medianı tənqid edib
Marneuli və Hucabinin yepiskopu Qiorqi Camdeliani həftə xütbəsində onun evlənməsi haqqında yayılmış məlumat haqqında danışıb. Marneuli və Hucabinin yepiskopu xütbə zamanı siyasi çıxış da edib. O, müxalifəti və media təşkilatlarını tənqid edib.

“İndi birbaşa “Milli Hərəkat sektasına” müraciət edirəm. “Mtavari Arxi” və guya ki, müxalifət və guya tənqidi mediaya, heç bir etikası olmayanlara müraciət edirəm, vicdan-namuslarının olmadığı aydındır. Həmin sekta və onların televiziyaları yalan, məsxərə, bizim kilsənin və dövlətçiliyimizin tapdalanması ilə məşğuldur. İndi birbaşa sizə müraciət edirəm, indi seçkilər gəlir və yazıq bu hökumətə ki, siz siyasi təşkilat kimi bu gün mövcudsunuz, bu millət sizə öz yerinizi göstəmədi, ancaq siz mütləq siyasi zibilliyiə düşəcəksiniz, buna mən söz verirəm”.

“Mtavari Arxi” telekanalı Marneuli və Hucabinin yepiskopu Qiorqi Camdelianin nikah bağlaması barədə məlumat yayıb. Televiziyanın hazırladığı süjetə əsasən, Mestiyadan olan mənbə onlara bildirib ki, Marexi Caparidze bir neçə ay əvvəl Sinodun üzvü olan Qiorqi Camdelianinin həyat yoldaşı olub. Keşiş İlia Çiğladze yepiskopun evləndiyini təsdiq edib.

Marneuli və Hucabinin yepiskopu “Mtavari Arxi” tərəfindən yayımlanmış məlumata və İlia Çiğladzenin çıxışına münasibət bildirib.

“Mən indi necə düzgün və müqəddəs olduğumdan danışmayacağam. Mən həqiqətən günahkar olduğumdan və günahlarımın məni kilsəyə aparıb çıxarmasından söhbət açacağam. O zaman 22 yaşım var idi. Amma sizdən fərqli olaraq ruhani şəxs millət və allah qarşısında ağır məsuliyyət daşıyır. Ancaq mənim, sizin kütlənizə, ümumiyyətlə kilsəyə qarışıqlıq salan bu saxtakarlar xilaskarın dövründə də var idi. Onlar yaxşı olduqlarını deyirlər. Sən yaxşısansa, yepiskop Qiorqi kimi günahkar, pis adam deyilsənsə ən yaxşısı ol. Təsəvvür edin, Çiğladze hansı səviyyəyə düşüb, İlia Çiğladze, ən aşağı səviyyədə düşmüş adam, mənim ona həqiqətən çox yazığım gəlir. Amma bu adam bundan əlavə əminəm ki, öz kürəkəni Petre Kolxi kimi böyük sifarişlər yerinə yetirir. Çiğladze böhtançı, öz təlimləri ilə bidətçidir, təsəvvür edin ki, ədalətlə mühakimə olunmuş, keşişliyi dayandırılmış və ona tövbə etmək üçün vaxt verilmişdir. Bu vaxtdan tövbə üçün yararlanacağına o, məsxərə, kilsəyə qarşı, dövlətə qarşı işlərlə məşğuldur. İlk öncə insan, sonra keşiş, yepiskop olmalısan. Vəzifə insanı kişi etmir. Amma kişi insan simasını itirəndə bilmirəm, bəlkə ona müqəddəs üçlük yardım edə bilər. Amma indi diqqətinizə çatdırmaq istəyirəm ki, bu birbaşa, mütləq baş verəcək, onun məsələsi sinodda qaldırılacaq və heç kim ona kömək edə bilməz, çünki bidətçi, böhtançı xütbəsində deyir ki, belə bir şey var, qadın yepiskop, keşiş olmalıdır, təsəvvür edirsiniz nə danışır? Qalan hər şeyi kənara qoysaq belə, hər şey aydındır. Bir rus ekzarxı Pavle, bir də İlia Çiğladze öz möminlərini lənətləyib.”.

Xütbənin sonunda Marneuli və Hucabinin yepiskopu möminləri qorxmamağa və dik durmağa çağırıb. Çünki kilsəyə heç nə üstün gələ bilməz.

“Yepiskop institutuna və kilsəyə toxunmaq qəbuledilməzdir. Bunlar böhtançıdırlar və bilirlər ki, kimisə günahlandırmaq belə olmur, insanlara yanlış fikirlər aşılanmır, müqəddəs sinoda müraciət etməlidir və məktub yazmalıdırlar ki, əgər mən bunu təsdiq edə bilməsəm eyni cəza ilə özüm cəzalandırılacağam və s. Hər şeyin kilsədə öz forması və qanuni normaları var. Onlar bunu yaxşı bilirlər, amma bu onları maraqlandırmır. Xristinalıq deyir ki, əgər qardaşına yazığın gəlirsə get və təklikdə onunla danış, əgər qardaşın səni dinləməsə iki-üç nəfər ilə get, onlarla birlikdə sözünü sübut et. Bunlar hansısa qanuni pozuntudan danışırlar, kilsənin bu normalarından danışırlar? Onlar bütün inancları tapdalayırlar və uzun zamandır tapdalayıblar”.

“Birinci daşı məndən daha məsum olan adam atsın və palçıq atanın əli təmiz qalmaz” - Marneuli və Hucabi yepiskopu bazar günü xütbəsini belə başa vurub və camaata dəstəyə görə minnətdarlığını bildirib.

Print ელ. ფოსტა
FaceBook Twitter Google