Sabirkənddə 5 hissədə yol çəkiləcək
Marneuli bələdiyyəsində, Sabirkənddə daxili yolların çəkilməsinə 415 682 lari xərclənəcək. Meriya tərəfindən elan edilmiş tenderə görə, Sabirkəndin yolları üçün layihə 2021-ci ildə “Project Company” MMC tərəfindən hazırlanıb.

“Tapşırığa əsasən, “Project Company” MMC-nin mütəxəssisləri tərəfindən layihə obyektinin yerində sahə-tədqiqat və mühəndis-geoloji tədqiqat işləri aparılmış, ərazinin topoqrafik araşdırması həyata keçirilib. Dizayn prosesi zamanı sifarişçinin tələbləri və müvafiq tövsiyələr nəzərə alınıb. Ümumilikdə beş layihə yolumuz var. Yollar hər iki tərəfdən təsərrüfat sahələri ilə həmsərhəddir. Obyektdə beton, asbest və metal borulara rast gəlmək olur. Layihə boruların sökülməsini nəzərdə tutur”, – layihənin izahatında yazılıb.

Layihə mövcud palçıqlı torpaq örtüyünün çıxarılması və daşınmasını nəzərdə tutur. İş təhlükəsizlik qaydalarına riayət edərək aparılmalıdır.

“Təhlükəsizlik texnikasına, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına, norma və təlimatlarına riayət etmək, onları bütün işçilərə öyrətmək lazımdır. İşə başlamazdan əvvəl təlimatın aparılması, təhlükəsizlik qaydalarının öyrədilməsi, nəqliyyat vasitələrinin müvafiq səs və işıq siqnalı olmalı, nəqliyyat vasitələrinin dayanması gündüz qırmızı qəza durma siqnalları və maneələrlə, gecə qırmızı işıqforla məhdudlaşdırılmalıdır. Tikinti təşkilatı işlərin təhlükəsizlik, əmək və istehsalat sanitariyası qaydalarına tam riayət olunmaqla yerinə yetirilməsinə görə məsuliyyət daşıyır”,
– tender sənədində yazılıb.

Sabirkəndin daxili yollarının çəkilişi ilə bağlı tenderdə iştirak etmək istəyənlər 15-20 mart tarixlərində təkliflərini təqdim edə bilərlər. Qalib gələn şirkət müqavilə imzalandıqdan sonra 90 gün ərzində işləri yerinə yetirməlidir.

Sabrikənd yolu layihəsinin 95%-i dövlət, 5%-i isə yerli özünüidarə tərəfindən maliyyələşdirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google