Meriya şkafların alınması üçün tender elan edib
Marneuli meriyası Hüquq Şöbəsinin girişindəki dəhlizə şkafların alınmasını planlaşdırır. Yerli özünüidarə mebelin alınması üçün bu gün, 13 mart tarixində tender elan edib. Meriya şkafların alınması üçün 3 559 lari nəzərdə tutub.

“Ölçülər 500X40X245 sm. Qapalı rəflər ilə, material – laminat, dəstəklər – metal. Rəng alıcı ilə razılıqla”, – tender sənədlərində yazılıb.

Şkafların alınması üçün tenderdə iştirak etmək istəyən namizədlər 20-22 mart tarixlərində öz təkliflərini göndərə bilərlər.

Qalib şirkət müqavilə bağlandıqdan 14 gün ərzində mebeli meriyaya təhvil verməlidir.

Mebel almaq üçün vəsait 100% yerli büdcədən maliyyələşdirilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google