Qızılhacılı bağçasının açılmamasının səbəblərinin dörd illik siyahısı
Artıq dördüncü ildir ki, Marneuli bələdiyyəsinin Qızılhacılı kəndində uşaq bağçası bağlıdır. 2020-ci ildə pandemiya zamanı məktəbəqədər təhsil müəssisəsində tədris prosesi dayandırılıb. Ondan sonra bağçada daimi bərpa prosesi gedir. Uğursuz tenderlər, gecikmiş işlər – bağça müəllimləri və uşaqlar bu vəziyyətdə gözləməli olurlar. Bağçanın açılışı ilə bağlı məlumat sonuncu dəfə ötən ilin may ayında verilib.

Həmin vaxt Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bizimlə söhbətində bildirmişdi ki, məktəbəqədər təhsil müəssisəsi açılışı üçün son mərhələdən keçir, lakin hazırda həyətdə aparılan abadlıq işlərinə görə Qızılhacılı bağçasının açılışı dayandırılıb. Yerli özünüidarə uşaq bağçasının qalan işləri və uşaq bağçasının həyətinin abadlaşdırılması üzrə tenderdə qalib gələn şirkəti dördüncü cəhddə müəyyən edib.

İşlər “Elrap” MMC tərəfindən 458 023 lariyə həyata keçirilir. “Marneuli” radiosu şirkətin direktoru Pavle Mağlakelidzeyə zəng vurdu. O, bizimlə söhbəti zamanı bildirir ki, Qızılhacılıda bərpa işləri mart ayında başa çatacaq.

“Demək olar ki, başa çatıb. Kiçik şeylər qalıb. Çox tezliklə başa çatmalıdır, bu ay mütləq. Bu mərhələdə səki daşları düzülməlidir”, – şirkətin direktoru bildirdi.

Marneuli Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov bağçanın sentyabr ayına kimi istifadəyə veriləcəyini bildirir və qeydiyyat elan olunandan sonra uşaqları qəbul edə biləcəklərini deyir.

“Artıq inventar alınıb. İşlər bitdikdən sonra uşaqları qəbul edə biləcəyik. Düşünürəm ki, biz bağçanı yeni dərs ilində açacağıq. Bu dərs ilində biz onu aça bilmirik, çünki uşaqlar qeydiyyatda deyil”, – Kərəmov bildirdi.

Kərəmovun sözlərinə görə, Qızılhacılı bağçasına gedən uşaqları Marneuli şəhər 3 saylı bağçası qəbul edib. Bu illərdə pedaqoqlar fasilələrlə, şəhərdəki təhsil ocaqlarına kadr lazım olanda işləyirdilər.

Print ელ. ფოსტა
FaceBook Twitter Google