NATO Baş katibi Yens Stoltenberq yaxın gələcəkdə Gürcüstana səfər
edəcək.
Bu barədə Stoltenberq bu gün keçirdiyi mətbuat konfransında
bildirib.
O, Gürcüstanın NATO üçün dəyərli tərəfdaş olduğunu, bütün Avropa
ölkələri kimi öz yolunu seçmək hüququ olduğunu vurğuayıb.
“Gürcüstan NATO-nun dəyərli tərəfdaşıdır. Biz qəti
şəkildə inanırıq ki, bütün Avropa ölkələri kimi Gürcüstanın da öz
yolunu seçmək hüququ var. Mən bir neçə dəfə Gürcüstanda olmuşam,
tərəfdaşlığımızı daha da gücləndirmək üçün yaxın vaxtlarda yenidən
Gürcüstana səfər edəcəyəm", - Stoltenberq deyib.
Baş katib Gürcüstanın NATO standartlarına uyğunlaşması üçün
islahatları davam etdirməli olduğunu əlavə edib.
"Mənim Gürcüstana mesajım əlbəttə, islahatlardır ki, bu
da vacibdir. NATO bəzi əsas dəyərlərə - demokratiyaya, qanunun
aliliyinə əsaslanır və Avro-Atlantik inteqrasiyaya doğru irəliləyən
Gürcüstanın bu standartlara uyğun yaşaması vacibdir”,
- Stoltenberq bildirib.