Pike futbolda inqilabi yeniliklər təklif etdi
“Barselona” və İspaniya millisinin keçmiş müdafiəçisi Jerar Pike futbolda heç-heçənin ləğv edilməsi təşəbbüsü ilə çıxış edib.

“Futbolda bir qaydanı dəyişdirə bilsəydiniz, bu, hansı olardı?” sualını cavablandıran idmançı maraqlı təklif ilə yadda qalıb:

“Daha çox qol vurmağın və ya oyunun heç-heçə bitməsinin qarşısını almağın yollarını tapmalıyıq. Ola bilsin ki, bərabərliyi ləğv etmək lazımdır. Niyə də yox? Beysbol və ya basketbolda heç-heçə yoxdur. Siz oyuna gedirsiniz və oyun heç-heçə ilə bitir. Sual yaranır: Kim qalib gəldi?

Futbol dəyişiklikdən qorxur. Onun böyük tarixi var, çox ənənəvidir, lakin dəyişiklik olacaq, olmalıdır. Yeni nəsil üçün 0:0 hesabı ilə bitə biləcək 90 dəqiqəlik oyunu başa düşmək çətindir”,
- deyə Pike bildirib.

Mənbə: oxu.az


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!

Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google