Marneulidə hüquq-mühafizə və məhkəmə sistemi haqqında müzakirə baş tutub
15 mart tarixində, “Marneuli və Bolnisi bələdiyyələrində hüquq-mühafizə və məhkəmə sistemi haqqında ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində Mülki Məşğulluq və Aktivizm Mərkəzinin (CEAC) təşkilatçılığı ilə Marneuli Mülki Məşğulluq Mərkəzində hüquq müdafiə və məhkəmə sistemində etnik azlıqların qarşısında duran problemlərlə bağlı müzakirə baş tutub.

Mülki Məşğulluq və Aktivizm Mərkəzinin rəhbəri Rəşan Ziyadəliyev bildirir ki, ictimaiyyətin məlumatlandırılma səviyyəsi mühüm problemdir, həmçinin, ədalətin əlçatanlığı və hüquq-mühafizə orqanları ilə ünsiyyət baxımından daha ciddi problemlər var. Bu dil maneəsi, dövlət institutlarında olan müxtəlif çatışmazlıqlardan yaranır.

“Görüşün əsas məqsədi regionda mövcud olan əsas problemin davamlılığını təhlil etmək idi. Etnik azlıqlar məhkəmə və polislə ünsiyyət zamanı hansı problemlər qarşısında dururlar. Mühüm problemlərdən biri dil maneəsi, eləcə də məlumatsızlıqdır. Bu müzakirə nəticəsində kiçik sənəd hazırladıq, öz fikirlərimizi yazdıq və müxtəlif layihələr çərçivəsində problemin advokatlaşdırılmasını daha effektiv müzakirə etməyi nəzərə alacağıq”, – Rəşan Ziyadəliyev bildirir.

İctimai müzakirədə Xalq Müdafiəçisi və vətəndaş cəmiyyəti nümayəndələri, siyasi partiya üzvləri, mülki aktivistlər və gənclər iştirak edirdilər.

İctimai müzakirə “Marneuli və Bolnisi bələdiyyələrində hüquq-mühafizə və məhkəmə sistemi haqqında ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində keçirilib. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Gürcüstanda hüquq müdafiəsinin monitorinqi və advokatlaşdırma imkanlarının gücləndirilməsi” layihəsi çərçivəsində əldə olunmuş qrantla həyata keçirilir.

"Marneuli" Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Print ელ. ფოსტა
FaceBook Twitter Google