Marneulidə qadınların gücləndirilməsi üçün keçiriləcək təlimlərə qeydiyyat artıq başlayıb
“Gender zorakılığına qarşı mübarizə və gender bərabərliyi üçün, vətandaş cəmiyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində Marneulili qadınlar üçün təlim keçiriləcək. Təlimdə 25 qadın iştirak edə biləcək.

“Gürcüstanın Azərbaycanlı Qadınlar İttifaqı”nın həyata keçirəcəyi layihənin əsas məqsədi Marneuli bələdiyyəsində yaşayan qadınların gücləndirilməsidir.

“SHUTTLE proqramında iştirak etmək istəyənlərin qəbulu artıq başladı! Əgər siz Marneuli bələdiyyəsində yaşayan yetkin qadınsınızsa, 2 ildir işləməmisinizsə və peşə sahibi olmaq və ya öz biznesinizi qurmaq istəyirsinizsə, bu proqram sizin üçündür. SHUTTLE, həssas əhali qruplarına daxil olan şəxslərin iş dünyasında iştirakını artırmaq üçün, onlara öz kiçik bizneslərini qurmaqlarında və məşğulluqlarına dəstək olmaq məqsədi daşıyan fərdi inkişaf proqramıdır. Öz biznesinizi qurmaqla, hər hansısa peşə sahibi olmaqla və ya sadəcə şəxsi inkişafınızla maraqlanırsınızsa, SHUTTLE proqramına qoşulun və məqsədlərinizə çatmaq üçün şəxsi və sosial bacarıqlarınızı təkmilləşdirin. Proqrama 3 aylıq təlimlər (həftədə 2 dəfə, 4 saat) və fərdi konsultantlıq xidmətləri də daxildir. Proqramda iştirak edəcək hər komanda üçün Marneuli bələdiyyəsində yüksək motivasiyalı 25 qadın iştirakçı seçiləcək”, – məlumatda deyilir.

Təlimlərdə müzakirə olunacaq mövzular iştirakçıların maraq və ehtiyaclarına uyğunlaşdırılıb və aşağıdakı məsələləri əhatə edəcək:
  • İdeyalar yaratmaq/Yaradıcı düşünmə
  • Emosional zəka/Duyğusal zəka
  • Bazarın təhlili
  • Zamanın idarə edilməsi/Vaxtın təşkili
  • Şəxsi brend
  • Maliyyə və marketinq planı
  • Biznes planının hazırlanması
  • Mülki iştirak
  • Davamlı inkişaf
  • Danışıq aparma texnikaları
  • Təqdimatların təqdim edilməsi
  • Komanda işi
Təlimlərə müxtəlif şirkət və təşkilatlardan dəvət olunmuş proqram təlimçiləri və korporativ könüllülər rəhbərlik edəcək.

“Nəzərinizə çatdırmaq istəyirik ki, seçim prosesinin yalnız birinci mərhələsindən uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq”.

Proqram haqqında ətraflı məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:
  • Gürcüstanın Azərbaycanlı Qadınlar İttifagınin sədri: Leyla Süleymanova +995 593205065
  • Proqram üzrə təlimçi: Ləman Məmmədova - +995 599 17 99 91
Müraciətlərin son qəbul tarixi 30 apreldir. Proqramda iştirak etmək istəyən şəxslər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Təlimlər Marneulidə keçiriləcək.

Qeyd edək ki, proqram “Gürcüstanın Azərbaycanlı Qadınlar İttifaqı”ının təşkilatçılığı və Avropa İttifaqı tərəfindən dəstəklənən “Gender zorakılığının aradan qaldırılması və gender bərabərliyi məqsədi ilə vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google