Gürcüstan tarixində ilk dəfə olaraq ölkənin Milli Bankı beynəlxalq
ehtiyatlarına monetar qızıl əlavə edib.
Bu barədə tənzimləyici qurum məlumat yayıb.
Milli Bank London əmtəə birjasından 500 milyon ABŞ dolların
dəyərində ən yüksək əyarlı (999,9) 7 ton qızıl külçə alıb.
Beləliklə, monetar qızıl bütün beynəlxalq ehtiyatların təxminən 11
%-ni təşkil edir.
Hazırda külçələr Londonda saxlanılır, amma gələcəkdə ölkəyə - Milli
Bankın anbarına gətiriləcək.
"Ötən il Milli Bank valyuta bazarından rekord məbləğdə
- 1,5 milyard ABŞ dolları alıb ki, bu da ehtiyatların əhəmiyyətli
dərəcədə artmasına səbəb olub və onların bir qismini monetar
qızıldakı aktivlərlə əvəzləmək imkanı verib", - deyə
Milli Bankın açıqlamasında qeyd olunub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.