9 aprel Gürcüstanın tarixində iki vacib hadisəni birləşdirir –
1989-cu ilin faciəsini və 1991-ci ildə müstəqilliyin bərpasını. Rus
ordusu tərəfindən Tbilisidə 21 nəfərin öldürülməsi ümumi şəkildə
tabe olmamağa səbəb oldu.
Nəticə isə Gürcüstanın müstəqilliyinin bərpası ilə başa çatdı.
9 aprel faciəsinə səbəb olan hadisələr
9 aprel faciəsinə qədər 3 həftə əvvəl Abxaziyada “Lixani”
Assambleyası keçirildi. Bu Gürcüstandan abxaz əhalisinin bir
hissəsini ayırdı və respublika statusu tələb etdilər.
Məlumat Azadlığı İnkişaf İnstututunun (İDFİ) tələb etdiyi, Amerika
Birləşmiş Ştatlarının arxiv sənədlərində yazılıb ki, 1989-cu ilin
15 mart tarixində Abxaziyanın Kommunist partiyasının sədri Boris
Adleiba Sovet Şurası və Gürcüstanın Ali Şurasının adından petisiya
imzalayıb. Petisiyada Abxaziyaya bağlayıcı republika statusu
verilməsini və ya birbaşa Moskvanın tabeçiliyinə keçməsini tələb
edirmiş.
Abxaziyada separatist əhval-ruhiyyənin gücləndirilməsi ilə yanaşı,
separatizm və Moskvanın anti-gürcü siyasətinə qarşı dinc ksiyalar
başladı. 4 aprel tarixində hökumət evinin qarşısında on minlərlər
əhali toplandı, onlar aclıq elan etdilər, ikinci gün isə onların
sayı daha da çoxaldı.
5 aprel tarixində Tbilisi iflic vəziyyətə salınmışdı. Fəhlələr
etiraz etdilər, tədris müəssisələri bağlandı. Gürcü mediası həmin
gün baş tutan aksiyaları işıqlandırmayıb. Yerli şura hakimiyyəti
vəziyyətə dair kontrolu itirdi.
ABŞ-ın dövlət arxivinin sənədlərindən birinə (1989-cu ilin 7
aprelində) əsasən, 6 aprel tarixində vilayət komitəsi Abxaziyanın
birinci katibini Adleibanı Abxaziya üçün müstəqillik tələb etdiyinə
görə vəzifədən azad edib. Bu isə aprelin 7-də Abxaziyada ona dəstək
aksiyasının keçirilməsinə səbəb olur. Qeyd olunan sənəddə nümayişə
dair gürcü liderləri arasında narazılıqdan da söhbət gedir. “İlia
Çavçavadze İttifaqı” hərəkatı və “Rustavelinin cəmiyyəti”nin
liderləri hesab edirdilər ki, aksiya zamanı etirazın əsas mövzusu
Abxaziya məsələsi idi, ancaq milli-demokratik partiya və milli
müstəqillik partiyasının nümayəndələri tələb edirdilər ki,
istiqamətlənmə bir şeyə, Gürcüstanın Sovet Şurasından çıxması
tələbinə yönəlsin.
9 aprelin cəzalandırma əməliyyatı
7 aprel tarixində Gürcüstanın Kommunist Partiyasının birinci katibi
Cumber Patiaşvili Moskvadan, Sovet Şurası hakimiyyətinin qrafikini
bərpa etmək üçün köməkçi qüvvələrin göndərilməsini tələb etdi.
Həmin gün Permdən və Voronejdən Tbilisiyə xüsusi təyinatlılar daxil
oldular. 8 aprel tarixində ABŞ-ın gizli xidməti adına göndərilmiş
şifrəli sənəddə yazılıb ki, Gürcüstanda etnik konflikt təhlükəsi
mövcuddur. Sənəddə Dağlıq Qarabağın ətrafında başlayan
erməni-azərbaycan konfliktinə diqqət yetirilib.
9 aprel tarixində, saat 11-də Tbilisidə komendant saatı elan
olunur. Bu haqda əhali saat 22:15-də məlumat alır. Şəhərin hərbi
komendantı olaraq Sovet Şurası ordusunun generalı İqor Rodionov
təyin olunur. Məhz 9 aprelin cəzalandırma əməliyyatının rəhbəri o,
idi.
9 aprel tarixində, səhər yaxın rus ordusu Rustaveli prospektində
toplanmış sakit nümayişi dağırmağa başladı. Aksiyanı dağıdan zaman
Sovet Şurası ordusu zəhərli kimyəvi vasitələrdən, odlu silahdan,
zirehlilərdən və tanklardan istifadə etdi. Həmin gecənin
hadisələrində 20 nəfər qurban oldu. Bir vətəndaş isə komendant
saatı zamanı rus əsgərləri tərəfindən öldürüldü.
Həmin gün yüzlərlər şəxs şikəst oldu, nümayişçilərin böyük hissəsi
zəhərləndi. Zərər çəkənlərin və əhalinin sağlamlığına hansı zərər
dəydiyinin dəqiq sayı məlum deyil.
Şahidlər qanlı dağıtmanı necə
xatırlayırlar
Bir neçə il bundan əvvəl Bloqma Burusi 9 aprel faciəsinin
şahidlərinin xatirələrini yayımladı.
Şota Jvaniya, zərərçəkmiş: “Rus əsgərləri kişilərlər bacarmaırdılar
deyə qadın və uşaqların başına vururdular. Qan gölməsində dururdum
və onlara kömək edə bilmirdim. Çünki dörd rus əsgəri məni döyərək
harasa sürükləyirdi. Güclə canımı qurtardım və evə qədər ayaq yalın
qaçdım.”
Qela Arabuli, zərərçəkmiş: “Lenin meydanından (o zamankı)
zirehlilər gələndə hökumət iqamətgahının sağ tərəfində,
pilləkanlarda dururdum. Əsgərlər kürək və qalxanla gəlirdilər. Xalq
sakit oturmuşdu, heç kim heçnə etmirdi, heç kim heç kimi döymürdü.
Əsgərlər təqribən beş dəqiqə durdular. Birdən əhalini döyməyə
başladılar. Tezliklə onlara Çitadze küçəsindən başqa əsgərlər də
köməyə gəldilər.”
Soso Paiçadze: “Doqquz apreldə, səhər hökumət evinin qarşısına
getdim. Gözümün qarşısında dəhşətli səhnə var idi: Pilləkənlərdə,
daşların üzərində, küçələrdə, yaşıl kollarda, gördüyüm hər yerdə və
hər şeydə paltar kəskikləri, ayaqqabılar, əsasən qadın geyimləri,
papaqlar, kağız qırıntıları, bir-birinə qarışmış əl çantaları,
çatalardan tökülmüş daraqlar, kiçik güzgülər, dəsmallar var idi;
Baş örtüləri, qazet kəsikləri, pençəklər, parfumeriya töküntüləri,
bijuteriya. Asfaltda hələ də zirehli maşınların izi, daşların
üzərində is dəhşətli şəkildə parıldayan qan ləkələri var idi”.
Müstəqilliyin bərpası
1989-cu ilin 9 aprel faciəsindən sonra, müstəqilliyin bərpası
sarsılmaz proses şəkli aldı. 1991-cı ilin 31 martında Gürcüstan
Prezidenti Zviad Qamsaxurdiya vahid Gürcüstan miqyasında referendum
keçirdi, sadə Gürcüstan vətəndaşlarına yeganə sual verdilər:
“Gürcüstan dövlətçiliyinin 1918-ci ilin 26 may müstəqillik
bəyənnaməsinə müvafiq olaraq bərpa olunmasına razı idilər yoxsa
yox?”.
Referendumda gürcü seçicilərin 90% iştirak etdi, onlardan 90%
müstəqilliyi seçdi. O, da vacibdir ki, sorğuda hələ Gürcüstanın
kontrolu altında olan Abxaziya və Cənubi Osetiya sakinləri də
iştirak edirdilər.
1991-ci ilin 9 aprelində, 2 il əvvəl Rusiya ordusu tərəfindən
öldürülənlərə hörmət olaraq, Gürcüstan Prezidenti Zviad
Qamsaxurdiya vahid Gürcüstanın müstəqilliyini elan etdi.