Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin gömrük-keçid
məntəqələrində
- “Sarpi”, “Sadaxlo” və “Tbilisi Hava Limanı”nda gömrükçülər
tərəfindən külli miqdarda bəyan edilməmiş qızıl və gümüş zinət
əşyaları, 1 ədəd qızıl sikkə və 2 ədəd qızıl külçə ( qızılın ümumi
çəkisi: 187 ,46 qram, gümüşün ümumi çəkisi: 2950 qram) aşkar
edilmişdir.
Bu barədə Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
“Cari ilin son iki həftəsinin məlumatına əsasən,
Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarpi”, “Sadaxlo” və
“Tbilisi Hava Limanı” gömrük-keçid məntəqələrində gömrükçülər,
vətəndaşlar tərəfindən Gürcüstan və xarici ölkələrin müvafiq risk
profili və şübhəsi əsasında fiziki və ona məxsus baqajlara ətraflı
baxış nəticəsində külli miqdarda bəyan edilməmiş qızıl və gümüş
zinət əşyaları, 1 ədəd qızıl sikkə və 2 ədəd qızıl külçə (cəmi)
qızılın çəkisi: 187,46 qram, gümüşün ümumi çəkisi: 2950 qram) aşkar
edilmişdir.
Bəyan edilməmiş malların ümumi gömrük dəyəri 33 642,68 lari təşkil
edib. Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə
uyğun olaraq, qanunu pozan vətəndaşlara sanksiya kimi 33 642,68
lari məbləğində pul cəriməsi təyin edilib”, -
məlumatda deyilir.