Parlament sədrinin sərəncamına əsasən, aprelin 15-də Gürcüstanın
Parlament Sarayında mühafizənin sarı səviyyəsi qüvvədə olacaq
- ziyarətçilərin Parlament Sarayına girişi məhdudlaşdırılıb.
Planlaşdırılan parlament tədbirlərinə, o cümlədən komitə
iclaslarına yalnız müvafiq struktur bölmələrinin dəvət etdiyi
şəxslər buraxılacaq. Məhdudiyyət təkcə televiziya
yayımçılarının/telemedia vasitələrinin akkreditə olunmuş
jurnalistlərinə şamil edilmir. Parlamentin mətbuat mərkəzindən elan
olunduğu kimi, onlayn media qurumlarının akkreditə olunmuş
jurnalistləri binaya daxil ola bilməyəcək.
"Sözügedən tədbirin məqsədi Gürcüstan parlamentinin
sarayında təhlükəsiz və iş mühitinin təmin
edilməsidir", - Gürcüstan parlamentinin bəyanatında
deyilir.
Aprelin 15-i parlamentə yenidən daxil edilmiş Rusiya qanununun
hüquqi məsələlər komitəsində müzakirə edilməli olduğu gündür. Saat
10:00-da komitənin iclası ilə eyni vaxtda vətəndaşlar parlamentin
arxa girişinə toplaşaraq qanun layihəsinə etiraz etməyi
planlaşdırırlar.
Etiraz aksiyası aprelin 15-i saat 19:00-a elan edilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.