Aprelin 15-i saat 19:00-da rus qanununa qarşı etiraz nümayişi elan
edilib.
Bundan əvvəl isə mitinq həmin gün saat 10:00-a
planlaşdırılmışdı.
Aprelin 15-i parlamentə yenidən daxil edilmiş rus qanununun hüquqi
məsələlər komitəsində müzakirə edilməli olduğu gündür. Saat
10:00-da komitənin iclası ilə eyni vaxtda vətəndaşlar parlamentin
arxa girişinə toplaşaraq qanun layihəsinə etiraz etməyi
planlaşdırırlar.
Saat 19:00-da mitinq parlament binasının düz qarşısında, Rustaveli
prospektində planlaşdırılır:
“Rusiya qanunları Gürcüstanın bütün vətəndaşlarına
şamil edilir! Rusiya hüququ Gürcüstanla Avropa arasında böyük bir
divardır”, - aksiyanın təşkilatçıları deyirlər.
“Gürcü arzusu” bir il əvvəl cəmiyyətə verdiyi vədi və qondarma
sözünü pozdu Rusiya qanunu yenidən işə saldı.
Ötən il martın 7-9-da keçirilən genişmiqyaslı etiraz aksiyalarından
və beynəlxalq tərəfdaşların mənfi reaksiyalarından sonra parlament
çoxluğu təşəbbüskarı olduğu və birinci oxunuşda qəbul etdiyi qanun
layihəsini ikinci oxunuşda rədd etmişdi. Bundan sonra hakim
partiyanın liderləri Rusiya qanunlarına qayıtmayacaqlarını bəyan
ediblər.
Aprelin 2-də “Gürcü Arzusu”nun icraçı katibi Mamuka Mdinaradze
partiyanın ofisində xüsusi brifinq keçirərək, bu dəfə adı
dəyişdirilərək rus qanununun yenidən işə salınacağını bəyan edib.
“Xarici agentlər” əvəzinə gəlirlərinin 20%-dən çoxunu beynəlxalq
qrantlardan əldə edən təşkilatlar “xarici təsiri həyata keçirənlər”
adlandırılacaq.
Rusiya qanununun yenidən işə salınması Gürcüstanın bütün beynəlxalq
tərəfdaşları - ABŞ, BMT, Aİ, ayrı-ayrı Avropa parlamentariləri,
tərəfdaş ölkələrin liderləri və s. tərəfindən mənfi
qiymətləndirilir. Qanunun qəbuluna qarşı aprelin 9-da Respublika
meydanından Parlament binasına qədər yürüş keçirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.