Marneuli meriyası daxili auditin nəticələrini ictimailəşdirmir və qeyri-hökumət təşkilatlarından şəffaflıq tələb edir
Marneuli bələdiyyəsi “Kvemo Kartli mediasına” daxili auditin nəticələrini məhkəmə qərarından sonra da vermir. “Kvemo Kartli mediası” Marneuli meriyasına ictimai məlumat məsələsi ilə bağlı birinci instansiya məhkəməsində qalib gəlib.

Təşkilat Marneuli meriyasından daxili audit hesabatları və tövsiyələrini tələb edirdi. Qeyd olunan prosesi birinci instansiyada qeyri-hökumət təşkilatı qazanıb, ancaq media təşkilatdan bildirirlər ki, bələdiyyə hələ də ictimai məlumatı onlara verməyib.

2023-cü ilin oktyabr ayında Kvemo Kartli Mediası tərəfindən yayımlanmış məlumata görə, təşkilat meriyadan daxili audit hesabatlarını tələb edib, Marneuli meriyası isə məlumatı verməyib.
Kvemo Kartli Mediasının maraqlarını məhkəmədə “Gənc Hüquqşünaslar Assosiasiyası” müdafiə edib.

“Məsələnin müzakirə olunduğu Bolnisi Rayon Məhkəməsinin hakimi Nino Qiorqadze regional medianın tələbini tam təmin edib.

Qvemoqartli.ge özünüidarədən daxili audit hesabatlarını/nəticələri gözləyir”,
– media təşkilat 2023-cü ilin oktyabrında yayımladığı məlumatda qeyd edib. Paylaşım məhkəmə qərarından sonra edilib.

Bu gün, 2024-cü ilin 18 aprel tarixində media təşkilat Marneuli meriyasından daxili audit hesabatlarını hələ də almayıb.

Qeyd edək ki, təşkilat Marneuli meriyasının Daxili Audit Xidmətinin 2022-ci ildə hazırlanmış nəticələr/hesabat və tövsiyələr haqqında ictimai məlumat tələb edir.

Cavabsız qalmış məktublardan sonra Kvemo Kartli mediası – Qvemoqartli.ge” inzibati şikayətlə Marneuli meriyasına müraciət edib. Yalnız şikayətdən sonra təşkilat Marneuli meriyasından cavab alıb.

Cavab məktubunda qeyd olunub ki, meriya daxili audit yoxlamasının hesabatlarını icitmailəşdirməmək səlahiyyətinə malikdir. Məktubu Marneuli meri Kənan Ömərov imzalayıb.

“Gürcü Arzusu” tərəfindən Rus qanununun yenidən irəli sürülməsindən sonra yerli özünüidarə nümayəndələri narrativ paylaşırlar və narrativə görə, rus qanunu real olaraq şəffaflıq üçün lazımdır. Eyni məzmunda paylaşımlar edirlər ki, onlar “şəffaflıq istəyirlər”. Marneuli yerli özünüidarəsinin əməkdaşları onsuz da şəffaf olan təşkilatlardan şəffaflıq tələb edirlər. Özləri isə əksər hallarda ictimai məlumatı vermirlər.

Mövzu ilə bağlı digər xəbərlər:

Marneuli meri QvemoQartli.ge-yə daxili audit hesabatlarının ictimailəşdirilməsi ilə bağlı rədd cavabı verib
Marneuli meriyası Qvemoqartli.ge ilə məhkəmə işində uduzub


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google