Prokurorluğun məlumatına görə, agentlik tərəfindən avropalı
həmkarları ilə birgə transmilli fırıldaqçı zəng mərkəzlərinə qarşı
aparılan istintaq tədbirləri çərçivəsində aprelin 18-də mütəşəkkil
cinayətkar dəstənin 4 üzvü saxlanılıb.
Prokurorluğun məlumatına görə, aparılmış araşdırmalarla müəyyən
edilib ki, mütəşəkkil dəstə üzvlərinin fəaliyyətinə Gürcüstanda
şirkətlər yaratmaq və onların bazasında müxtəlif yerlərdə
fırıldaqçılıqla məşğul olan zəng mərkəzləri yaradaraq təşkil etmək
olub.
Xüsusilə, çağrı mərkəzlərinin düzgün işləməsi üçün qrup üzvləri
müxtəlif brend adlarla elektron ticarət platformaları yaradıb,
internet saytlarından istifadə edərək etibarlı investisiya
şirkətlərinin təəssüratı yaradıb və zərərçəkənlərə müxtəlif növ
sərfəli maliyyə sövdələşmələri təklif ediblər. Daha sonra
zərərçəkmişlərə məxsus külli miqdarda pul oğurlanaraq yuyulub.
Prokurorluq iddia edir ki, mütəşəkkil cinayətkar qrup üzvləri
dələduzluq yolu ilə İsveçrə Konfederasiyası vətəndaşlarına məxsus 3
milyon İsveçrə frankını ələ keçiriblər. Sonra da bank hesablarına
qoyub iqtisadi dövriyyəyə buraxdılar.
Qurumun məlumatına görə, təqsirləndirilən şəxslərə məxsus dəyəri 6
milyon lariyə qədər olan daşınmaz və daşınar əmlaka həbs qoyulub.
Bu əmlak dövlətin xeyrinə müsadirə olunacaq.
Saxlanılan şəxslərə qarşı mütəşəkkil dəstə tərəfindən dələduzluq və
çirkli pulların yuyulması ittihamı irəli sürülüb ki, bu da 9 ildən
12 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluğun vəsatəti əsasında məhkəmə təqsirləndirilən şəxslər
barəsində həbs qətimkan tədbiri seçilib.
2024-cü il fevralın 3-də Gürcüstan Prokurorluğu artıq mütəşəkkil
cinayətkar qrupun 7 təşkilatçısına qarşı cinayət təqibinə
başlayıb.
Prokurorluq bəyan edir ki, beynəlxalq partnyorlarla birlikdə
Eurojust-un koordinasiyası ilə müxtəlif ölkələrdə dələduzluqla
məşğul olan zəng mərkəzlərinin fəaliyyəti ilə məşğul olan digər
fiziki və ya hüquqi şəxslərin, o cümlədən əməliyyatın digər
təşkilatçılarının müəyyən edilərək ifşa edilməsi məqsədilə
araşdırmalar intensiv şəkildə davam etdirilir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.