UEFA növbəti illər üçün keçiriləcək Avropa və Konfrans
liqalarının final görüşlərini Türkiyədə oynanılmasına qərar
verib.
Məlumata görə, UEFA Avropa Liqasının final görüşü 2026-cı ildə,
Konfrans Liqasının finalı isə 2027-ci ildə Türkiyədə
keçiriləcək.
Hər iki final "Beşiktaş" klubunun ev oyunlarını keçirdiyi "Tüpraş"
stadionunda baş tutacaq.
Qeyd edək ki, 2027-ci ildə keçiriləcək final görüşü Ankara
şəhərində tikintisi başa
çatmaq üzrə olan stadionda da oynanıla
bilər. Bu qərar növbəti illərdə təsdiqini tapacaq.
Xatırladaq ki, 2019-cu ildə "Liverpul" və "Çelsi" arasında Super
Kubok oyunu da "Tüpraş" stadionunda keçirilmişdi.
Mənbə: oxu.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.