Laçında keçiriləcək "Diaspor Gənclərinin V Yay Düşərgəsi"nə qeydiyyat başlayıb (VİDEO)
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsi 2024-cü ilin 1-7 avqust tarixində qədim Azərbaycan torpağı Laçında keçiriləcək.

Bu barədə məlumatı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Məlumata görə, düşərgədə dünyanın müxtəlif ölkələrində yaşayan 100-dən çox gəncin, o
cümlədən azərbaycanlıların və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərinin iştirakı nəzərdə tutulur.

“Düşərgə iştirakçıları bir həftə ərzində Laçının, eləcə də Qarabağın tarixi, mədəni abidələri ilə tanış olmaq, şəhid ailələrinin üzvləri və qəhrəman qazilərimizlə, həmçinin müxtəlif sahələr üzrə ekspertlərlə görüşmək, eləcə də əylənmək və intellektual oyunlarda iştirak etmək imkanı qazanacaqlar.

Yay düşərgələri xaricdəki yeni nəsil azərbaycanlıların ölkəmizlə bağlarını daha da möhkəmləndirmələri, Azərbaycanı uğurla təmsil etmək bacarıqlarını inkişaf etdirmələri, şəbəkələşmələri, yeni dostlar qazanmaları və s. üçün gözəl fürsətdir.

Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıları və Azərbaycana dost münasibət bəsləyən digər xalqların gənclərini yay düşərgəsində iştirak etməyə dəvət edirik.

Düşərgədə yaşı 18-29 arası, Azərbaycan dilində ünsiyyət bacarığı olan gənclər iştirak edə bilər. Bundan əvvəl təşkil olunmuş düşərgələrdə iştirak etmiş gənclərin təkrar iştirakı nəzərdə tutulmur. Düşərgədə iştirak xərcləri tam şəkildə qarşılanacaq”,
– məlumatda qeyd olunub.

Düşərgədə iştirak etmək üçün gənclər 30 iyun 2024-cü il tarixinə qədər www.diaspor.gov.az/qeydiyyat səhifəsində yerləşdirilmiş onlayn anket formasını tam olaraq doldurub göndərməlidir. Seçim prosesi müraciətlərin qəbulu və video müsahibələrin keçirilməsi üzrə iki mərhələdə aparılacaq.

Qeydiyyat, proqram, iştirakçıların seçim prosesi və digər vacib məlumatları əldə etmək üçün www.diaspor.gov.az saytını diqqətdə saxlamaq vacibdir.

Əlavə məlumat üçün əlaqə vasitələrini təqdim edirik:
  • Tel.: +99412 4931054
  • Mob.: WhatsApp: +99450 7622595
  • E-mail: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it
Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə bu günə kimi Diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub. Dünyanın 50-dən çox ölkəsində yaşayan yüzlərlə gənc həmin düşərgələrdə iştirak edib.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google