Bu il də Marneulidə “Yay bağçası” fəaliyyət göstərəcək – Zaur Kərəmov
Bu il də Marneulidə “Yay bağçası” fəaliyyət göstərəcək. Bu barədə “Marneuli” radiosuna müsahibəsi zamanı Uşaq Bağçaları Birliyinin rəhbəri Zaur Kərəmov məlumat verdi. Kərəmovun sözlərinə görə, əgər “Yay bağçası”na müraciətlər çox olarsa ikinci qrup da açıla bilər.

“Yay bağçasına təlabat var və indidən müraciətlər var. Əgər müraciətlər çox olarsa ikinci qrup da açıla bilər. Bir qrupda isə
30 uşaq olmalıdır”, – Kərəmov bildirdi.

Uşaq Bağçaları Birliyinin rəhbərinin dediyinə görə, “Yay bağçası”na hər iki valideyni işləyən uşaqlar qəbul ediləcək.

“Yay bağçası həmişə olduğu kimi Marneulidə fəaliyyət göstərən 1 saylı uşaq bağçasında olacaq. Burada qeydiyyat iyun ayının ikinci həftəsinin birinci günündən başlayacaq. Yay bağçası iyulun 1-dən iyulun 30-a qədər davam edəcək. Yay bağçasına qeydiyyat üçün hər iki valideynin işləməsi şərtdir. Hər iki valideyn isə qeydiyyat üçün mütləq iş yerindən arayış gətirməlidir”.

Marneulidə “Yay bağçalarının” fəaliyyət təcrübəsi illərdir var. Yay bağçasının fəaliyyətini bələdiyyədə 1 saylı uşaq bağçası həyata keçirir. “Yay bağçası” işləyən valideynlərin uşaqları üçün nəzərdə tutulub.

Onu da qeyd edək ki, Marneuli bələdiyyəsində fəaliyyət göstərən uşaq bağçalarına qeydiyyat isə iyun ayının 3-dən başlayacaq və 30 iyun tarixinə qədər davam edəcək. Qeydiyyat prosesi bağçalarda həyata keçiriləcək.

Bağçalara qeydiyyat üçün hansı sənədlər tələb olunur:
  • Uşağın doğum haqqında şəhadətnaməsinin notarial qaydada təsdiqlənmiş surəti
  • Sağlamlıq haqqında arayış
  • 4 ədəd fotoşəkil (3/4)
  • Valideynin şəxsiyyət vəsiqəsinin surəti
  • Yaşayış yerindən arayış
Bundan başqa:
  • Sosial statuslu ailə olduğu haqda arayış və ya məcburi köçkün olduğu halda sənədin təqdim olunması
  • Eyni zamanda məhdud imkanlı şəxslərin statusunu təsdiq edən sənəd lazımdır.
Qeyd edək ki, uşaqların qeydiyyatı 12 bağçada həyata keçiriləcək. Qeydiyyat prosesi isə saat 9:00-dan 17:00-a kimi davam edəcək.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google