Rusiyada 2 Gürcüstan vətəndaşı Mi-8 helikopterinin hissələrini oğurlamaqda ittiham edilərək saxlanılıb
Rusiyanın Mash Telegram kanalı yazıb ki, iki Gürcüstan vətəndaşı - Moskvadan olan ər-arvad Rusiyada Mi-8 tipli helikopterin hissələrini oğurlamaqda ittiham edilərək saxlanılıblar.

Mash yazır ki, saxlanılanlar raketin quraşdırılması üçün hissələri oğurlayıblar, onların vasitəsilə mülki vertolyotu hərbi varianta çevirmək mümkündür. Teleqram kanalı hissələrin Ukrayna istiqamətində aparıldığını ehtimal edir.

Mash-ın məlumatına görə, Saratov vilayətinin Engels şəhərindəki hava təmiri zavodundan
BDZ-57КР-В tipli raket buraxılış qurğuları oğurlanıb. Onların məlumatlarına görə, hüquq-mühafizə orqanları nəhayət bu hissələri Moskvada tapıblar.

Mash yazır ki, saxlanılan 2 gürcü kişi və moskvalı cütlük hissələri ölkədən çıxarmağa hazırlaşırmış. Telegram kanalının məlumatına görə, istintaq təyinat yerinin Ukrayna olub-olmadığını araşdırır.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google