Gömrükçülər rubl, lirə və ümumilikdə 706 616,89 larilik qanunsuz idxalın qarşısını alıblar
Gəlirlər Xidmətinin məlumatına görə, “Kazbeqi”, “Sarpi”, “Tbilisi Hava Limanı” və “Sadaxlı avtomobil” gömrük-keçid məntəqələrində gömrükçülər tərəfindən külli miqdarda bəyan olunmamış pul vəsaitlərinin qanunsuz ölkəyə gətirilməsi ilə bağlı 4 faktın qarşısı alınıb.

Gürcüstan və əcnəbi vətəndaşların fiziki və məxsusi baqajlarına və onların nəzarətində olan avtonəqliyyat vasitələrinə aparılan ətraflı yoxlama nəticəsində ümumilikdə 100 500 ABŞ dolları, 12 670 000
rus rublu, 598 800 türk lirəsi və 700 000 erməni dramı aşkar edilib.

Bəyan edilməmiş məbləğin ümumi məbləği Milli Bankın məzənnəsinə əsasən, 706 616,89 lari təşkil edib.

Gürcüstan Gömrük Məcəlləsinin 169-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlar sanksiya qismində ümumilikdə 70 661,93 lari (məbləğin 10%-i) məbləğində cərimələniblər.

Mənbə: Tabula

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google