Gürcüstan - İspaniya oyunu başa çatdı - qapılardan 5 qol keçdi
00:52 / 01.07.2024
Almaniyada keçirilən Avropa çempionatının 1/8 final mərhələsi
çərçivəsində İspaniya - Gürcüstan qarşılaşması başa çatdı.
Oyun ərəfəsində qapılardan ümumilikdə 5 top keçdi. Oyunda Gürcüstan
1, İspaniya isə 4 qol vurdu.
Robin Le Normand 18-ci dəqiqədə avtoqol müəllifi oldu. İspaniya
millisi 39-cu dəqiqədə Rodrinin qolu ilə hesabı bərabərləşdirdi.
51-ci dəqiqədə isə Fabian Ruis İspaniya yığmasını hesabda önə
çıxardı. Komandanın üçüncü qolunu Niko Uilyams (75) vurdu. Sonuncu
qolu isə İspaniya millisinin üzvü Dani Olmo vurdu. O, topu
Gürcüstan qapısından 83-cü dəqiqədə keçirə bildi.
Oyun İspaniyalıların 4:1 hesablı qələbəsi ilə başa çatdı.
Xatırladaq ki, oyun Kölndəki "Reyn Enerqi" stadionunda keçirildi və
matçı fransalı referi Fransua Leteksye idarə edirdi.
Qeyd edək ki, 1/8 final mərhələsi iyulun 2-də başa çatacaq.
Onu da əlavə edək ki, İspaniya millisi 1/4 finalda Almaniya ilə
qarşılşacaq. Görüş iyulun 5-də, Ştutqart şəhərindəki "MHP Arena"da
baş tutacaq.