Gürcüstan Gənc Hüquqşünaslar Assosiasiyası
Qızılhacılıda yerləşən 49 saylı seçki məntəqəsinin bağlanmasını və
səslərin etibarsız sayılmasını tələb edir. Bu barədə təşkilatın
rəhbəri keçirdiyi fövqəladə brifinqdə məlumat verilib.
Sulxan Saladzenin bildirdiyinə görə,
təşkilatın müşahidəçiləri həmin məntəqədə bir sıra saxtalaşdırma
faktları, o cümlədən ikinci dəfə səs verməyə cəhd faktları qeydə
alınıb.
Bir halda 48 saylı seçki məntəqəsində
qeydiyyatda olan Sənan Bədəlov adlı seçicinin 49 saylı seçki
məntəqəsində bir dəfə səs verib və ikinci dəfə səs verməyə cəhd
edib. Digər bir halda isə Ramin Ziyadəliyev adlı seçici həmin
məntəqədə ikinci dəfə səs verməyə cəhd edib. Həmin seçici barədə
məlumatları Mərkəzi Seçki Komissiyasının məlumat bazasını
axtardıqda aydın olub ki, ümumiyyətlə seçicilərin ümumi siyahısında
bu adda seçici yoxdur. Belə seçici seçkilərin birinci turu zamanı
da siyahıda olmayıb.
Marneuli 22 saylı Dairə Seçki Komissiyasının sədri Koba
Asanidzenin dediyinə görə, 49 saylı məntəqədə komissiya üzvləri bir
şəxsin iki dəfə səs verməsi halını təkzib edirlər. Marneuli 22
saylı Dairə Seçki Komissiyasının sədri Koba Asanidze “Marneuli”
radiosu ilə söhbəti zamanı bildirib ki, qanun pozuntusu baş
verməyib və məntəqənin bağlanmasına heç bir əsas yoxdur.
"Marneuli" radiosu