"Ana ilk növbədə qadındır və o, özünü ifadə etməlidir" - 6 övlad anası Olqa Endeladze
“Analıq bizim ölkəmizdə çətindir, hələ ki, çalışırsansa lap çətindir” – 6 övlad anası, mülki aktivist Olqa Endeladze deyir.
O, deyir ki, uşaqları ilə keçirməyə heç vaxtı olmurr. Baxmayaraq ki, vaxtını əsas məsələlərin həll edilməsinə bölür yenə də vaxt qalmır. Tam iş qrafiki, ailə işləri, övladlarına dərslərini hazırlamaqda kömək etmək və başqa min cür xırdalığı Olqa hər gün çatdırmalıdır. Onun ən kiçik övladları üç əkiz qızıdır. Onlara bərabər şəkildə istilik vermək üçün özünə məxsus yanaşması var.

Demək olar ki, Olqa Endeladze Marneulidə uğurlu təşkilatlardan birinin sədridir. Gündəlik işlərdən əlavə o, yenə də vaxt ayırır və övladlarını boksa, rəqsə aparır.



“Düşünürəm ki, bir uşaq üçün nə qədər vaxtım qalır? Bilirsiniz, əkizlərin bir-biri ilə rəqabət aparmaq istəyi var. Hamısı diqqət tələb edir. Bərabər diqqət göstərməyəndə əsəbləşirlər və sonra bir sıra problemlər yaranır. Mən bir cür yanaşma öyrəndim. Qaçıb oynayanda bir-bir onları tuturam və qulaqlarına sakit deyirəm – mən səni çox sevirəm. Neynəyim, başqa diqqət göstərmək üçün vaxtım qalmır. Bilməlidirlər ki, hamısını sevirəm” – təbəssümlə Olqa deyir.



Olqa ictimai həyata aktiv şəkildə qoşulub və layihə çərçivəsində Marneulinin kəndlərinə gedir və icmanın məlumatanmasının qayğısına qalır.Onun yüklü qrafikinə baxmayaraq övladlarına öz əli ilə tədbirlər üçün donlar da tikir.



Olqa Endeladzedən xahiş etdik ki, analar üçün məsləhətlərini bizimlə paylaşsın. O, deyir ki, anaların əsas məqsədi özlərinin firavanlığının qayğısına qalmaqdır.

“Hər bir qadın özü üçün çalışmalıdır. Mən demək istəmirəm ki, analar evladlarımız üçün yaşayaq. Xeyr, analar biz özümüz üçün yaşamalıyıq. Uşaqların bizim həyatımızın bir hissəsi olması aydın məsələdir və belə bizim həyatımız xoşbəxt olmayacaq, uşaqlarımız da xoşbəxtliyi, çalışmağı, özünü təqdim etməyi, fərdi inkişafı öyrədə bilməyəcəyik” – Olqa deyir.

Müsahibəni tam dinləmək üçün linkə daxil olun və Olqa Endeladzenin analıq, analıq xoşbəxtliyi və sevgisi haqqında nə düşündüyünü dinləyin.

Biz bütün oxucularımızı analar günü münasibəti ilə təbrik edirik!

Marneuli Radiosu
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები