Algetidə daxili yolların bərpası 2019-cu ildə plnlaşdırılmır
Marneuli bələdiyyəsinin Alegti kəndində xarab olmuş daxili yollar əhali üçün yeni problem deyil. Öz narahatçılıqlarını yerli hakimiyyətə gah seçki dövründə, gah məktubla çatdırmağa çalışırlar.

Algetidə yaşayan Samirə Bayramova təqribən 4 il bundan əvvəl rəsmi məktub əsasında yerli hakimiyyətə şikayət edib ki, daxili yolları təmir etsinlər. Ancaq problem bu gün də həll olunmayıb və bunu Samirə tərəfindən sosial şəbəkədə yayımlanan şəkil də təsdiq edir.

Əhalini yayda toz, qışda isə yağış gölməçələri və palçıqlı yol narahat edir. Asfalt qatı çəkilmiş yolla getmək yalnız Algetinin mərkəzi yolunda mümkündür.

Marneuli meriyasından bildirirlər ki, Algeti sakinlərinin problemi bu il də həll olunmayacaq. Çünki bu istiqamətdə 2019-cu ildə heç nə planlaşdırılmır.

Print ელ. ფოსტა
FaceBook Twitter Google