"Gürcüstanda tikilən məscidlər Qafqaz memarlıq üslubuna uyğun tikilməlidir" - Ramin İgidov

"Gürcüstanda tikilən məscidlər Qafqaz memarlıq üslubuna uyğun tikilməlidir" - bu barədə "Marneuli" radiosu ilə söhbəti zamanı Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov dedi.


Onun sözlərinə görə, son zamanlar tikilən məscidlərdə hansı memarlıq üslubundan isdifadə olunduğu bilinmir.

"Təəssüflər olsun ki, son zamanlar tikilən məscidlərin çoxunda hansı memarlıq üslubundan istifadə olunduğu bilinmir. Biz belə düşünürük ki, burada Qafqazın spesifik memarlığı da Qafqaza yaraşan tərzdə olmalıdır. Belə deyək ki, burada yaşayan insanların qədim keçmişini ifadə etsin", - İgidov bildirdi.

Xatırladaq ki, 16 may tarixində Gürcüstan Parlamentində keçirilən dini məsələlər üzrə işçi qrupunun görüşü zamanı bir sıra məsələlər: orta məktəblərdə dini dərslərin keçirilməsi, dini məkanların mülkiyyəti məsələsi və onların geriyə qaytarılması, din haqda qəbul olunacaq yeni qanun və dini məkanların tikintisinə icazənin verilməsində yaranan çətinliklər müzakirə olunub.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google