Marneulinin merliyə namizədinin həyat yoldaşı seçicilərin alınması ilə bağlı ittihamlara cavab verməyib

“Gürcü Arzusu”nun Marneulidən merliyə namizədi Zaur Darğallının həyat yoldaşı seçicilərin düyü və bitgi yağı ilə alınması ittihamına rəy bildirməyib. Darğallı səs verməyə həyat yoldaşı və övladları ilə birgə gedib.



Zaur Darğallının özü seçicilərin alınması ittihamının yalan olduğunu deyib və bildirib ki, “müxalifət adi rejimdə çalışır”.

Zaur Darğallı VMH-ı təxribat planlaşdırmaqda ittiham edir və bildirir ki, VMH-ın fəalları tərəfindən baş verə biləcək mümkün təxribatlar haqqında məlumatları var. Onun sözlərinə görə, polis onlara imkan verməyəcək.

VMH-ın fəalları bir neçə gün əvvəl Zaur Darğallının həyat yoldaşını seçicilərin alınmasında ittiham ediblər.


Mənbə: Netgazeti

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები
“Bizə məktəbdən bildirdilər ki, 29 aprel tarixində
Tbilisidə keçirilən aksiyaya gediləcək”, - Bu barədə
kimliyinin gizli qalmasını istəyən Marneulinin kəndlərindən birində
işləyən müəllim bildirdi.
16:53 / 26.04.2024