Əli Bədirova Marneuli miqyasında cəmi 431 nəfər etimad göstərib
Müstəqil namizəd Əli Bədirova ən çox Aşağı Saral kəndindəki 58 saylı məntəqədə səs verilib. Burada o, 53 səs toplayıb. 13 məntəqədə isə Əli Bədirova ümumiyyətlə səs verən olmayıb.

Marneulidə, 5 saylı ictimai məktəbdəki 2 saylı, Candardakı 6 saylı, Sabirkənddəki 12 saylı, Ağkörpüdəki 16 saylı, Ulaşlıdakı 25 saylı, Sadaxlı 1 saylı ictimai məktəbindəki 29 saylı, Təzəkənddəki 33 saylı, Algeti Üzümçülük Sovxozundakı 39 saylı, Kirəç Muğanlıdakı 46 saylı, Marneuli 6 saylı ictimai məktəbindəki 64 saylı, Milli Qida Agentliyinin Marneuli ofisindəki 68 saylı, Hacıisakənddəki 73 saylı və Sadaxlıdakı 79 saylı məntəqələrdə Əli Bədirova bir nəfər də olsa, səs verməyib. O, ümumiyyətlə Marneuli miqyasında cəmi 431 səs toplayıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google