Müstəqil namizəd Zaur Darğallını seçkilərdə qalib gəlməsi münasibəti ilə təbrik etməyəcək

"Qorxutmalar, təzyiqlər olmasaydı Zaur ikinci turda qalib gələ bilərdi və o zaman mütləq təbrik edərdim. Ancaq belə qorxutmaqla və seçiciləri almaqla qalib gələn halda mən təbrik etməyi düşünmürəm. Çünki bu qələbə deyil"

- Marneulinin merliyə müstəqil namizədi Əli Bədirov Marneuli radiosu ilə söhbəti zamanı bildirdi ki, Marneulidə seçkilər qorxutmaqla, təzyiq və seçiciləri almaqla keçirilib. Ona görə də MSK-nın qeydə aldığı nəticələr real deyil.

"Bütün məntəqələrdə pozuntular baş verirdi. Ola bilər şəhərim özündə az idi amma çox kəndlərdə 41 nömrənin dəstəkçiləri əlavə bülleten atırdılar. Qoxutmaq, təzyiq və seçicilərin alınmasını yəqin ki, başqa namizədlər də təsdiqləyərlər. Bu Marneulinim bütün nöqtələrində baş verirdi" - Əli Bədirov deyir.

Bədirob seçkilərdə cəmi 431 səs toplayıb və bu seçkidə iştirak edən əhalinin 1,21%-dir.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები