Bələdiyyə rəhbərləri bələdiyyə məclisinin üzvlərinə seçkilərdə verdikləri "böyük töhfə üçün" təşəkkür etdilər

Bu gün, 21 mayda bələdiyyə məclisinin iclası təbriklərlə başladı.


Bələdiyyə məclisinin sədri yeni mer, Zaur Darğallını qələbə münasibət ilə təbrik etdi və deputatlara xüsusi təşəkkür etdi.

“Sizin hər birinizə təşəkkür edirəm ki, seçkilər belə inandırıcı hesabla başa çatdı” – Amiran Qirqadze deyir.

Təbriklərə mer vəzifəsini yeirnə yetirən Zaur Tabatadze də qoşuldu. O, hesba edir ki, Marneulidə seçkilər möhtəşəm keçirilib və seçkidən seçkiyə siyasi inkişaf artır.

“Keçirilən seçkilərə görə hər biriniz sağ olun , sizin töhfəniz çox böyükdür” - Zaur Tabatadze dedi.

Təbriklərə daha bir bələdiyyə məclisinin sədr müavini Mamuka Naveriani də qoşuldu və iclasın sonunda söz istədi.

“Fürsətdən istifadə edib əhaliyə təşəkkür etmək istəyirəm ki, etibar göstərdilər” – Mamuka Naveriani deyir və Zaur Darğallıya uğurlar arzulayır.

Xatırladaq ki, 19 mayda Marneulidə növbədənkənar mer seçkiləri baş tutdu. Zaur Darğallı Marneulinin bütün seçki məntəqələrində seçkini udub. O, 28 088 səs toplayıb, bu isə ümumi seçicilərin 78,6%-dir.

Səs sayına görə ikinci yerdə “VMH-Birləşmiş Müxaliətin” Marneuli merliyinə namziədi Aqil Mustafayev, üçüncü yerdə isə “Avropalı Gürücstanın” namizədi Əhməd İmamquliyevdir. Dördüncü yerdə iə müstəqil namizəd Əli Bədirov gəlir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google