“Gürcüstan azərbaycanlılarının 19% hesab edir ki, seçkilərdə iqtidar partiyasını dəstəkləməlidir”- siyasi həyatda iştirak etməklə bağlı tədqiqat

“Açıq Cəmiyyət Fondu” etnik azlıq nümayəndələrinin siyasi həyata qoşulması ilə bağlı araşdırma yayımlayıb.


Sorğu 2018-ci ilin 9-20 oktyabrında keçirilib və onun çərçivəsində müsahiblərə yaxşı vətəndaşın seçkilərlə bağlı hərəkətinin necə olması haqqında qaydalar da oxunub.

Belə qaydalardan birinə əsasən azlıq nümayəndələri seçkilərdə həmişə iqtidar partiyasını dəstəkləməlidirlər.

“Xüsusən sonuncu qayda çox maraqlıdır, çünki etnik azlıqlar istiqamətində steretip var ki, onlar həmişə hökuməti dəstəkləyirlər. Bu isə iqtidar partiyasının resurslarının xərclənməsindən çəkindirir və seçkilərdə yaxşı qələbə imkanı verir” - araşdırmada yazılıb.

Qeyd olunan qayda ilə sorğulanan etnik azərbaycanlıların 20,8% razılaşmır, 46,1% bir o qədər razılaşmır, 19% isə hesab edir ki, etnik azlıq nümayəndələri iqtidar partiyasını dəstəkləməlidirlər, 14,1% bilmir və ya cavabdan imtina edib.

Etnik azlıqların siyasi həyata qoşulmasını müəyyən etmək üçün araşdırmaçılar qərar verib ki, müsahiblərin seçki kampaniyalarına və proseslərə nə dərəcədə qoşulduğunu aydınlaşdırsınlar.

“Sorğu göstərir ki, müsahiblərin 91,2% heç vaxt seçki kampaniyasının planlaşdırılmasında iştirak etmıyib. İştirak edənlərin sayı isə 5,9%-dir. Eqzitpolların həyata keçirilməsində 3,7% iştirak edib, 91.8% iştirak etməyib. Seçki komissiyasına üzvlük/sədrlik. Ona qoşulan müsahiblərin sayı 7.6%-dir, qoşulmayanlar isə 89.5%-dir. Siyasi partiyanın təbliğatına müqayisədə çox müsahib 8,6% qoşulub, 87.7% isə qoşulmayıb” - araşdırmada yazılıb.

Araşdırma eləcə də göstərib ki, etnik azlıq nümayəndələri partiya və namizədlər haqqında məlumatı əsasən televiziya, qonşular, dostlar, əməkdaşlardan və ya ailə üzvlərindən alır.

 

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google