Hökumət nümayəndələri bəyanat veriblər və mən də bununla razıyam – Marneuli Bələdiyyə Məclisinin sədri
“Dünənki hadisələrlə bağlı baş nazir, həmçinin partiya rəhbərliyi və partiya liderləri bəyanat verdi və mən bu bəyanatlarla tamamilə razıyam”, – Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze “Marneuli” radiosunun ötən gün, 20 iyun tarixində Tbilisidə, Rustaveli prospektində baş vermiş hadisələri necə dəyərləndirməsi ilə bağlı sualına belə cavab verdi.

Etiraz aksiyası 20 iyun tarixində başladı. Rusiya Dumasının deputatı Sergey Qavrilov Parlamentlərarası Pravoslavlıq Baş Assambleyasının 26-cı sessiyasında iştirak etmək üçün başqa ölkələrin deputatları ilə birlikdə Tbilisiyə gəlib. Rusiya Dumasının deputatı Parlamentlərarası Pravoslavlıq Baş Assambleyasını Parlament sədrinin kürsüsündə əyləşərək açıb. Bu fakt ictimaiyyət və Parlament müxalifətinin etirazına səbəb olub.

Print ელ. ფოსტა
FaceBook Twitter Google