Bu gün, 5 iyul tarixində QHT „HERA XXI”
Marneuli bələdiyyəsinin gender şurası ilə
görüşüb.
Görüşün məqsədi şura üzvlərinə cinsi və
reproduktiv sağlamlıq və hüquq məsələləri haqqında müxtəlif
sənədlər və bələdiyyələrin öhdəlikləri haqqında məlumat çatdırmaq
idi.
„HERA XXI” – nin layihələr üzrə koordinatoru Salome İobadze hesab
edir ki, bugünkü görüş Marneuli bələdiyyəsi ilə gələcək əməkdaşlığa
dəstək olacaq. Təşkilat Marneuli bələdiyyəsi ilə ilk dəfə görüşüb.
Bələdiyyədə onların təcrübəsindən dolayı vəziyyətin ümumiyyətlə
necə olduğu haqqında suala Salome İobadze belə cavab verdi:
“Təəssüf ki, bizim yerli bələdiyyələrlə görüşlərimiz
göstərir ki, yerli səviyyədə gender bərabərliyi üzrə müxtəlif
mexanizmlərin, eləcə də gender şurasının, qadın otağının olmasına
baxmayaraq bu mexanizmin nümayəndələrinin hansı dövlət sənədlərinin
olması və cinsi və reproduktiv sağlamlıq və hüquq məsələlərini
yerli səviyyədə necə tətbiq olunması haqqında tam məlumatları
yoxdur. Eləcə də gender şuralarının proqram büdcəsi ilə fəaliyyət
planı yoxdur və bu da effektli şəkildə müxtəlif tədbirləri həyata
keçirməyə mane olur” – Salome İobaidze deyir.
Qeyd edilməlidir ki, Marneulinin gender şurasının da ayrı büdcəsi
yoxdur. Marneulinin Gender Şurasının katibi İa Esebua düşünür ki,
bugünkü görüşdən sonra qeyd olunan təşkilatla fəal əməkdaşlıq
edəcəklər.
“Onların fəaliyyəti ilə tanış olmaq olduqca vacib idi.
Ona görə ki, onların reporduktiv sağlamlıq haqında müxtəlif layihə
və proqramları var və düşünürəm ki, bizim gələcək fəaliyyətimizdə
bu lazım olacaq. Onların eləcə də gənclərlər əlaqələri var,
müxtəlif təlimləri keçirlər, psixoloqları və məktəbə daxil olmaq
hüquqları da var ki, müxtəlif gənclər qrupları ilə çalışmaq
hüquqları var. Bunların hamısı gələcək əməkdaşlıq üçün bizə lazım
olacaq” – İa Esebua deyir.
Bugünkü görüşdə Marneulinin Gender Şurası iştirak edirdi.