Şaban Məmmədov Kobuletidə "Festivalın ulduzu" adına layiq görülüb - FOTO
Marneulili müğənni Şaban Məmmədov 15 iyul tarixində Kobuleti şəhərində keçirilən "Orange Festivals Kobuleti" adlı festivalında 1-ci yerin qalibi olaraq "Festivalın ulduzu" adına layiq görülüb.

"Orange Festivals Kobuleti" adlı festivalda Gürcüstan, Rusiya, Ukrayna və Ermənistandan qatılan iştirakçılar öz musiqi nömrələrini münsiflər heyətinə təqdim ediblər. Festivalda Gürcüstanı təmsil edən Şaban Məmmədov gürcü dilində etdiyi solo ifası ilə 6 nəfər münsifin rəğbətini qazanmış və hər münsifdən 10 bal toplayaraq birinciliyi əldə etmişdir.

18 iyul tarixində yekunlaşan festivalda Ş.Məmmədov birincilik əldə etdiyinə görə "Festivalın ulduzu" adına layiq görülüb və ona münsiflər tərəfindən diplom təqdim olunub.



Print ელ. ფოსტა
FaceBook Twitter Google