Xəbərlər
“Azərbaycan dilli universitetin olması məktəblərdə kadr çatışmazlığını aradan qaldıracaq” – GAİM-in direktoru
Bir neçə gündür ki, Gürcüstan Azərbaycanlılarının İnteqrasia mərkəzinin direktoru Aygül İsayeva şəxsi “Facebook” səhfəsində payaşım edərək, Gürcüstanda Azərbaycan dilli universitetin açılması ilə bağlı imza topladığını qeyd etmişdi.

Bu gün isə o, Gürcüstanın Baş naziri Qiorqi Qaxaria və Azərbaycanın Prezidenti İlham Əliyevə təşəbbüsü ilə bağlı yazılı şəkildə müraciət edib. Aygül İsayeva “Marneuli” radiosu ilə söhbəti zamanı Gürcüstanda azərbaycandilli ali məktəbin açılması mövzusu ilə bağlı fikirlərini bölüşdü.

Onun sözlərinə görə, azərbaycandilli ali məktəbin olmasını istəməyinin əsas səbəblərindən biri get-gedə Gürcüstanda azərbaycandilli məktəblərin ləğv olunması, sayının azalmasıdır. O, deyir ki, məktəblərdə işləmək üçün müəllimlik peşəsinə maraq göstərən yoxdur.

“Azərbaycan dili və ədəbiyyatı fənləri, eləcə də digər fənlər üzrə təhsil alan yoxdur. Fizika, kimya, coğrafiya fənlərini də deyən kadrlar yoxdur. Bəzən deyirlər ki, gürcü dilində bitirən gənclər var, amma o da arzu olunan effekti vermir. Termin sözlər var ki, onun azərbaycan dilində də izahını vermək çətindir. Gürcü dilində oxuyub azərbaycan dilində izah edildikdə keyfiyyət olmur. Bu səbəblə də düşünürəm ki, azərbaycndilli universitet olmalıdır ki, fizika, kimya, coğrafiya sahələrinə kadrlar hazırlasın”, -
Aygül İsayeva dedi.

A.İsayeva onu da qeyd etdi ki, tələbələr Gürcüstanda Azərbycan dilində təhsil aldıqları təqdirdə eyni zamanda dövlət dilini də öyrənmiş olacaqlar.

Onun sözlərinə görə, ərizə yazmağa maraq göstərənlərin sayı çoxdur. Teatr sahəsinə də toxunan İsayeva bildirdi ki, hal-hazırda teatrların vəziyyəti olduqca pisdir. O, düşünür ki, Azərbaycan dilli universitet olduğunda həm məktəblər üçün güclü kadrlar yetişəcək, həm teatrda ki, problemlər aradan qalxacaq, həm də mətbuat sahəsində də irəliləyiş olacaq.

Aygül İsayeva sonda onu da əlavə etdi ki, direktoru olduğu Gürcüstan Azərbaycanlılarının İnteqrasiya mərkəzində Azərbaycan dili və ədəbiyyatı kursları fəaliyyət göstərir. O, deyir ki, dəfələrlə övladlarını rus və ya gürcü sektoruna yazdıran valideynlər olub və o, həmin valideynlərlə danışaraq onları azərbaycan dili və ədəbiyyatı kurslarına yazılmağa istiqamətləndirib.














FaceBook Twitter Google
მსგავსი სიახლეები
Tibb elmləri doktoru, professor
Qia Nemsadze Marneulidə müayinə keçirəcək
Tibb elmləri doktoru, professor Qia Nemsadze Marneulidə müayinə keçirəcək
Marneulinin keçmiş meri Temur Abazov dünən, 20
oktyabr tarixində öz Facebook səhifəsində paylaşım edib və
paylaşımda o, hüququ pozulan adamlara yardım təklif
edir.

Marneulinin keçmiş meri Temur Abazov dünən, 20 oktyabr tarixində öz Facebook səhifəsində paylaşım edib və paylaşımda o, hüququ pozulan adamlara yardım təklif edir.

Marneuli sakini Şəlalə Əmircanova Gürcüstanın
ən baxımlı verilişlərindən olan “Nanukas Şou” verilişində
azərbaycanlılar arasında gender problemi barəsində açıq şəkildə
söhbət açdığında 19 yaşı var idi.

Marneuli sakini Şəlalə Əmircanova Gürcüstanın ən baxımlı verilişlərindən olan “Nanukas Şou” verilişində azərbaycanlılar arasında gender problemi barəsində açıq şəkildə söhbət açdığında 19 yaşı var idi.

Xəstəliklərə Milli Nəzarət və İctimai
Sağlamlıq Mərkəzinin baş direktoru Amiran Gamğrelidzenin bəyanatına
görə,

Xəstəliklərə Milli Nəzarət və İctimai Sağlamlıq Mərkəzinin baş direktoru Amiran Gamğrelidzenin bəyanatına görə,

Keçmiş Tbilisi
meri Davit Narmania Gürcüstan Enerji və Su Təchizatı Tənzimləmə
Komissiyasının sədri seçilib.
Keçmiş Tbilisi meri Davit Narmania Gürcüstan Enerji və Su Təchizatı Tənzimləmə Komissiyasının sədri seçilib.
2019
წლის იანვარ-სექტემბერში საქართველოში საქონლით საგარეო სავაჭრო
ბრუნვამ 9 193.7 მლნ აშშ დოლარი შეადგინა, რაც წინა წლის შესაბამის
მაჩვენებელზე 0.5 პროცენტით მეტია.
2019 წლის იანვარ-სექტემბერში საქართველოში საქონლით საგარეო სავაჭრო ბრუნვამ 9 193.7 მლნ აშშ დოლარი შეადგინა, რაც წინა წლის შესაბამის მაჩვენებელზე 0.5 პროცენტით მეტია.
Bu gün, 21 oktyabr tarixində Marneuli
bələdiyyəsinin Ulaşlı kəndinə içməli su verilib.

Bu gün, 21 oktyabr tarixində Marneuli bələdiyyəsinin Ulaşlı kəndinə içməli su verilib.

Tsalencixi bələdiyyəsinin Nakipu kəndində 27
yaşlı kişi evinin həyətində asılmış vəziyyətdə
tapılıb.
Tsalencixi bələdiyyəsinin Nakipu kəndində 27 yaşlı kişi evinin həyətində asılmış vəziyyətdə tapılıb.