İsveçrə Parlamentinin sədri və İsveçrə Parlamentin üzvləri Marneulidə olublar
Bu gün, 29 oktyabr tarixində İsveçrə Parlamentinin sədri Marina Karobio Quşeti və İsveçrə Parlamentin üzvləri Marneuliyə gəliblər. Onların görüşü meriyadan başlayıb və “qadın otağında” qonaq olublar. Qonaqlar daha sonra bələdiyyənin İctimai Kitabxanasını ziyarət ediblər və bələdiyyə büdcəsinin planlaşdırılmasında qadınların iştirakı və kəndlərdəki problemlərlə tanış olublar. İsveçrə Parlamentinin sədri Marina Karobio Quşeti bugünkü səfərinin əhəmiyyətindən söz açıb.

“Biz bu regionda
müxtəlif layihələrin həyata keçirilməsini dəstəkləyirik. Bizim əsas istiqamətimiz kənd təsərrüfatının inkişafıdır. Eləcə də qadınların gücləndirilməsi və onların fəallığı da bizim istiqamətə daxildir. Qadınlara iş axtarması və yaxşı imkanlarının olması üçün kömək etdikdə biz inanırıq ki, bu iqtisadi gəlirə də təsir göstərəcək və kasıblığın aradan qaldırılmasına dəstək olacaq”,
- Marina Karobio Quşeti dedi.

Marneuli meri Zaur Darğallı düşünür ki, bugünkü səfər gələcək əməkdaşlığa dəstək olacaq.

“İsveçrə hökumətinə təşəkkür etmək istəyirəm. Məhz onların maliyyəsi və dəstəyi ilə Gürcüstanda çox layihələr həyata keçirilir. Biz bu gün müsbət nümunələrdən biri idik ki, qadınların iştirakı istiqamətində olan vəziyyətimizlə tanış oldular. Çalışdığımız istiqamətlərlə bağlı fəaliyyətlərimizlə yerində tanış oldular. Düşünürəm ki, bu vacib səfər idi. Çünki gələcəkdə müxtəlif proqramların onlar tərəfindən dəstəklənməsi davam edəcək”, - Zaur Darğallı dedi.

Marneuli Bələdiyyəsinin İctimai Kitabxanasında yerli hakimiyyət qonaqlarla yanaşı həmçinin, yerli sahibkar qadınlarla da görüşüb. İsveçrə hökumətinin nümayəndələri Marneulidən sonra pendir zavodunu nəzərdən keçirmək üçün Rustaviyə yollanıb.

Bələdiyyə xidməti olan “qadın otağı” və pendir zavodları “Qafqaz Alyansları Proqramı” çərçivəsində gücləndirilib və proqramı İsveçrənin maliyyə dəstəyi ilə “Mersi Kor” həyata keçirir. “Qadın otağı” dörd regionun 28 bələdiyyəsində fəaliyyət göstərir və artıq kəndlərdə yaşayan 17,000 qadın müxtəlif növ xidmətlərdən yararlanıb.

Print ელ. ფოსტა
FaceBook Twitter Google